ABŞ Senatı Azərbaycana göndəriləcək səfirin namizədliyini təsdiqlədi –Dövlət Departamentində mühüm vəzifə tutub

518 14-12-2018, 08:06 cemiyyet

ABŞ Senatı Azərbaycana göndəriləcək səfirin namizədliyini təsdiqlədi –Dövlət Departamentində mühüm vəzifə tutubABŞ Senatı Erli Litsenberqerin Amerikanın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini təsdiq edib.

Strateq.az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə ABŞ Konqresinin saytı xəbər yayıb.

Xatırladaq ki, səfirin namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilmişdi.

E.Litsenberqer peşəkar diplomatdır. Əvvəllər ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Respublikasındakı səfirinin müavini vəzifələrində çalışıb.

E.Litsenberger son vaxtlar ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavir idi.

Bu vəzifəyə, hansı ki, ona Büronun fəaliyyətinin bütün aspektlərinə rəhbərlik etməyə imkan verirdi, Erli Litsenberqer 2018-ci ilin yanvarında təyin edilmişdi. Dövlət katibinin birinci müavini olmayanda onun vəzifəsini məhz Erli Litsenberqer yerinə yetirirdi.

E.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

XƏBƏR LENTİ