Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb

1 157 15-12-2018, 15:08 cemiyyet

Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görübBu gün Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (19-20 - ci əsrlər). 1-ci hissə. Bakı, Elm və təhsil, 2018, 504 səh., adlı kitabı işıq üzü görüb.

Müəllifin Karabakhmedia.az-a verdiyi açıqlamaya görə, kitabın 1-ci hissəsində 19. əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi üç istiqamətdə: 1) Şərq-İslam-türk mədəniyyətnin davamı:sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə dönüş - A. A. Bakıxanov, S. Ə. Nəbati, S. H. Nigar. M. M. Nəvvab, A. Axundoğlu vəb. 2) Qərb mədəniyyətinin ya da Qərb fəlsəfəsinin təşəkkülü : mötədillikdən radikal inqilabi fəlsəfi düşüncələr- M. Ş. Vazeh, M. F. Axundzadə, T. QÜRRƏTÜL-EYN, M. Kazımbəy, Z. Marağalı vəb. 3) Şərq-islam - türk fəlsəfəsi ilə Qərb-Avropa fəlsəfəsinin sintezi problemi: Ş. C. Əfqani, S. Ə. Şirvani, H. Zərdabi, M. Ə. Talıbzadə vəb.

F. Ələkbərli bildirdi ki, kitab ümumtürk fəlsəfəsini və Azərbaycan türk fəlsəfi fikir tarixini tədqiq edənlər, maraqlananlar üçün dəyərli bir elmi vəsaitdir.

XƏBƏR LENTİ