"O, elə yerə daş atıb ki, millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qınanır"

543 17-12-2018, 11:28 cemiyyet

"O, elə yerə daş atıb ki, millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qınanır"Təkrar Nərmin Şahmarzadə mövzusuna qayıtmalı oldum. Müzakirələrdə heyrət doğuran fikirlər, çoxsaylı müdafiəçi azərbaycanlımızın insanın içini parçalayan yanaşmasını yaxına buraxmaq çox ağırdır. Adını fərqli fikir qoyub yaxasını cıranları sıraya düzüb sayası olsan gedib sona cata bilməzsən. Nərminə üçün narahat olanların sayı günbəgün artır. Əhsən millətimizə!!! İmzalar içində çoxlu tanıdıqlarımı gördüm. Hətta mənəvi terrora qədər gedib çıxanlar da oldu. Məsləhət görürlər ki, söyüş və təhqir olmaz. Mədəniyyət nümayiş etdirmək lazımdır. İradımız yoxdur. Həqiqətən, söyüş olmasa daha yaxşı görünə bilərdi. Lakin Nərmin elə yerə daş atıb ki, istər-istəməz millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qınanır. Bu dərəcəyə çatdırılmasının mən də əleyhinəyəm. Erməni mətbuatı Nərminin "fədakarlığına" həsr etdiyi palaz-palaz yazılarla yanaşı onun taleyindən nigarançılıq keçirdiklərini xüsusi ilə vurğulayırlar. Bunu boşuna buraxmaq olmaz.

Yəqin ki, ölkəmizin müvafiq dövlət orqanları tərəfindən proses yaxından izlənilir. Azərbaycana çamur atmaqdan ötrü daşnaklar vəziyyətin daha kritik şəkil almasını tülkü kimi pusquda dayanıb gözləyirlər...
Lakin söhbəti adiləşdirib bu da onun düşüncəsidir, deyə üzərindən sükutla keçməyin sabah-birigün başqa ağır fəsadlar verə biləcəyini mütləq diqqətə almalıyıq. Övladı səngərdə ölümlə üz-üzə dayanan və ya oglunu orduya yola salmağa hazırlaşan anaların ruhunu zədələməyə, inamını sarsıtmağa heç kimin haqqı çatmır. Nərminin fitnəsinin hansısa mərkəzlərdə hazırlanıb ötürülmədiyinə kim təminat verə bilər. Ona görə də bir qədər yüksək emosiyaları yır-yığış edib bunun kökünü araşdırıb üzə çıxarmaq gərəkdir. Qızın şəhid-qəhramanımızı cinayətdə və qatillikdə suçlayandan sonra da dediklərinin üzərində israrla dayanması və geniş içtimai qınagı heçə sayması, bu neçə gündə valideynlərinin səslərini içlərinə çəkib susmaları dərindən düşünməyə müəyyən əsaslar verir. Erməni silahlıları da bizim əsgərləri öldürüb. Ədalət sevən idisə, Nərmin bu fikri də deyə bilərdi. Amma niyə demir? Nərmin üçün bəlkə bizimkilər insan sayılmır?! Onun sözlərindən alınan nəticənin başqa tərzini tapa bilmədim. O, açıqca millətimizi gerizəkalılıqda, yüksək mənəvi - insani- mədəni dəyərlərə malik olmamaqda təqsirli sayır. Mübariz İbrahimov kimi qəhrəman şəhidlərimiz Silahlı Qüvvələrimizin simvollarıdırlar. Onların cinayətdə suçlanması bütövlükdə Azərbaycan Ordusuna həqarətdir. Bu həqarəti də bu Millət yeməz!!!

Eldar Sabiroğlu

XƏBƏR LENTİ