ABŞ qoşunlarının Suriyadan çıxarılması… –Çavuşoğlu Pompeo ilə müzakirə aparıb

715 20-12-2018, 11:16 dunya

ABŞ qoşunlarının Suriyadan çıxarılması… –Çavuşoğlu Pompeo ilə müzakirə aparıbTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında dünən telefon danışığı baş tutub və tərəflər Vaşinqtonun Suriyadan qoşunlarını çıxarması ilə bağlı qərarını müzakirə ediblər.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə XİN-dəki mənbə məlumat verib.

Amma danışıqların digər detalları, eləcəd də Ankaranın bu qərara reaksiyası barədə məlumat verilmir.

Xatırladıb ki, dünən ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə sərəncam imzalayıb./Report

XƏBƏR LENTİ