Rusiya BBC radiosunu yoxlayacaq –Moskva-London arasında gərginlik artır

577 21-12-2018, 18:34 dunya

Rusiya BBC radiosunu yoxlayacaq –Moskva-London arasında gərginlik artırRusiyanın media tənzimləyici orqanı olan “Roskomnadzor” bildirir ki, BBC Dünya Xidmətinin Rusiyadakı əməliyyatlarının və vebsaytlarıın qanuniliyini yoxlamağa başlayıblar. Bundan öncə Britaniyanın Ofcom mediaya nəzarət qurumu Rusiyanın RT telekanalının qərəzsizlik qaydalarını pozduğunu bəyan edib.

“Roskomnadzor” dekabrın 21-də bildirib ki, araşdırmanın məqsədi BBC-nin fəaliyyətinin Rusiya qanunlarına uyğun olub-olmadığını dəqiqləşdirməkdir.

Bir gün öncə Ofcom Rusiya dövlətinin maliyyələşdirdiyi RT-yə sanksiya qoymağı nəzərdən keçirdiyini deyib, telekanalın bu ilin əvvəlində yeddi proqramda qərəzsizlik qaydalarını pozduğunu bəyan edib. Britaniyalı keçmiş casus Sergei Skripal və qızının Britaniyada zəhərlənməsi də qayda pozuntusuna yol verilən mövzular sırasındadır.

Britaniya zəhərlənmə insidentinə görə Rusiya hökumətini suçlayır. Rusiya isə agentlərinin bu hadisənin arxasında durmasına dair dəlili dəfələrlə rədd edib, Britaniya kəşfiyyat agentliklərini “rusofobiya”nı qızışdırmaq üçün düzüb-qoşduğunu bildirib.

Skripallar sağ qalıblar, amma sovet istehsalı olan “Noviçok” qazının təsirinə məruz qalmış daha iki britaniyalıdan biri dünyasını dəyişib.

Ofcom 2012-ci ildən RT-ni qərəzsizlik qaydalarını pozduğunu, azdırıcı kontent yaydığını dəfələrlə bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə dekabrın 21-də Moskvada jurnalistlərə deyib ki, “Roskomnadzor”-un addımı Ofcom-un açıqlamasına cavabdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarov “Facebook” postunda “Roskomnadzor”-un addımı alqışlayıb. BBC isə dekabrın 21-də Rusiya qanunvericiliyinə və müstəqil xəbər çatdırmaq qaydalarına tamamilə əməl etdiyini vurğulayıb.

(Azadlıq radiosu)

XƏBƏR LENTİ