O səs bizə deyirdi: “Bu dünya sənin yerindi...”

1 050 21-12-2018, 22:04 cemiyyet / gundem

O səs bizə deyirdi: “Bu dünya sənin yerindi...”

Bakıdakı Atatürk Mərkəzində AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhərrəmlinin 55 illik yubiley tədbiri keçirildi. Mərasimdə şairin “Bu dünya sənin yerindi...” şeir kitabının, yubilyara həsr olunmuş “Qiymət Məhərrəmli - 55” Xüsusi Buraxılışının, eləcə də Xalq artisti Eldost Bayramın ifasında şairin şeirlərindən ibarət “Allaha dair oluram” audio-diskinin təqdimatı oldu.
Mərasimin aparıcısı, kitabın redaktoru və Önsözün müəllifi, professor Rüstəm Kamal səmimiliyi ilə seçilən, oxucuların sevdiyi şair Qiymət Məhərrəmlinin yaradıcılıq yoluna ekskurs edərək, Azərbaycan poeziya gülşənindəki özünəməxsus yerindən danışdı. İlk şeir kitabını 1996-cı ildə oxuyub-bəyəndiyi şairin aradan keçən illər ərzində oxuculara daha bir neçə şeir kitabını ərmağan etdiyindən söz açdı. O, Qiymət Məhərrəmlini səmimi, ləyaqətli, öz sözü, öz izi olan şair kimi xarakterizə etdi.
Sonra söz ədəbiyyat bilicilərinə, şair və alimlərə verildi. Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Dərviş Osman Əhmədoğlu, AMEA Tarix İnstitutunun şöbə müdiri, professor, şair Şahin Fazil, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Nurməmməd Məmmədov, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri, həkim-politoloq Zəlimxan Məmmədli Qiymət Məhərrəmlini Azərbaycan ziyalılığının, poeziyasının, elminin şəxsiyyət və ləyaqət simgəsi kimi dəyərləndirərək təbrik etdilər, daha böyük uğurlar arzuladılar.
O səs bizə deyirdi: “Bu dünya sənin yerindi...”
Cümhuriyyətimizin qurucusu böyük Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, eyni zamanda “Bu dünya sənin yerindi” kitabının rəssamı Rais bəy Rəsulzadə Qiymət xanımın ünvanına xoş sözlər söylədikdən sonra, kitabın üz qabığında əks olunmuş şəklin orijinalı olan gözəl əsəri yubilyara hədiyyə etdi.
Şairin şeirlərindən ibarət diskdəki şeirlərin qiraətçisi, sevilən diktorumuz, Xalq artisti Eldost Bayram şairi onun “Mən qəribəm” şeirini söyləməklə təbrik etdi.
Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliklərinin üzvü, tanınmış şair-tərcüməçi Giya Paçxataşvili Qiymət xanım üçün dostları tərəfindən hazırlanmış sürprizlərin – “Xüsusi Buraxılış”ın və “Allaha dair oluram” diskinin yubilyarın halal haqqı olduğunu vurğuladı. G.Paçxataşvilinin həyat yoldaşı Xatirə xanım şair Giyanın Qiymət xanıma xitabən yazdığı “Şəkidə” şeirini səsləndirdi.
O səs bizə deyirdi: “Bu dünya sənin yerindi...”
AMEA Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri, Filologiya elmləri doktoru Mətanət xanım Abbasova Qiymət xanımın istedadlı şair, jurnalist, elm adamı olmaqla yanaşı, ləyaqətli Azərbaycan xanımı kimi də örnək olduğunu vurğuladı, ona daha böyük yaradıcılıq uğurları dilədi.
“Dərkənar” qəzetinin redaktoru, “Qiymət Məhərrəmli - 55” Xüsusi Buraxılışının müəlliflərindən olan Pünhan Şükür və kitabın texniki redaktoru, mahir dizayner Oqtay Oruc da öz səmimi təbrikləri ilə Qiymət Məhərrəmli şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verdilər.
Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, folklorşünas-alim Elxan Məmmədli, “Xarici əlaqələr” şöbəsinin müdiri, tədqiqatçı-alim Əli Şamil, akademik Telman Əliyev, şair-jurnalist Mədəd Coşqun, Memarlıq və İnşaat Universitetinin dosenti, arxitektor Hüseyn Artıkoğlu, AMEA Əlyazmalar İnstitutunun laboratoriya müdiri, ağac üzərində oyma sənətkarı Seyfəddin Mənsimoğlu, tanınmış şairlərdən Mübariz Məsimoğlu, İlham Qəhrəman, Elbəyi Cəlaloğlu, Akəm Xaqan (o, çıxışı arasında Şəki ədəbi mühiti nümayəndələrinin yubilyara ünvanlanmış təbrik məktubunu səsləndirdi), Raifə Sərxanqızı, Arzu Nehrəmli, Səbinə Yusif, Xatirə Rəhimli, İlham Qazaxlı, Eldar Həsrət, Qubadan gəlmiş şair Qüdrət Minhacoğlu Azərbaycan poeziyasının tanınmış simalarından olan Qiymət Məhərrəmlini təbrik edərək, yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
AMEA-nın əməkdaşı Sarvan Kərimov, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirov, jurnalist Şahin Abbas və başqaları da öz çıxışlarında bir-birindən gözəl şeirlər müəllifi, istedadlı jurnalist, yorulmaz elm adamı, səmimi dost Qiymət xanım barədə ən səmimi arzularını bölüşdülər.
Sonda söz yubilyara verildi. Qiymət Məhərrəmli “Səni oxşamaz bu şəhər” şeirini poeziyasevərlərə ərmağan edərək, bu möhtəşəm tədbirin keçirilməsində əməyi olan, eləcə də yubliey günü ilə əlaqədar sürprizlər hazırlayan bütün dostlara öz minnətdarlığını bildirdi. Xatirə şəkilləri çəkdirildi, yubilyara hədiyyələr təqdim olundu.

Aysel MƏMMƏDLİ

XƏBƏR LENTİ