ƏSƏD TÜRKİYƏNİ QABAQLADI –Rejim ordusu Menbiçə daxil oldu, bəyanat yaydı

563 28-12-2018, 14:13 dunya

ƏSƏD TÜRKİYƏNİ QABAQLADI –Rejim ordusu Menbiçə daxil oldu, bəyanat yaydıBu gün Bəşər Əsədə bağlı olan Suriya ordusu PKK/YPG qüvvələrinin olduğu Menbiç rayonuna daxil olub.

Xeberdar.net Türkiyənin NTV kanalına istinadən məlumat verir ki, Əsədə bağlı olan rejim ordusu artıq şəhərdə Suriya bayrağını dalğalandırıblar.

Bu barədə açıqlama yayan ordu rəhbərliyi bildirib ki, Menbiçdəki bütün insanların təhlükəsizliyinə tam təminat verirlər.

Xatırladaq ki, Türkiyə ordusu Menbiçə daxil olub, oradakı PKK/YPG terrorçularını təmizləmək üçün həftələrdir hərbi əməliyyat hazırlığı görürdü.

XƏBƏR LENTİ