Abşeron sakini qardaşı arvadını qətlə yetirib

680 3-01-2019, 12:36 kriminal

Abşeron sakini qardaşı arvadını qətlə yetiribYanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.

XƏBƏR LENTİ