Türkiyə vətəndaşı “Şahdağ”da hoteldə öldü

562 3-01-2019, 13:17 hadise

Türkiyə vətəndaşı “Şahdağ”da hoteldə öldüQusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Trend-in məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki “Şahdağ” Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ