Casusları ələ verən səbəb - texnoloji vasitələr, yoxsa...

Casusları ələ verən səbəb - texnoloji vasitələr, yoxsa...Arzu Nağıyev: “Ələ keçən leqal kəşfiyyatçılardır, qeyri-leqal kəşfiyyatçılar isə dərin konspirasiya şəraitində öz işlərini qurub, fəaliyyətlərini davam etdirirlər”
Ötən il Avropada davam edən rus casusların “ov mövsümü” bu dəfə Rusiyaya keçib. “Amerikanın Səsi”nin məlumatına görə, Rusiya hökuməti ABŞ-ın sabiq dəniz piyadası Pol Uliana qarşı rəsmən casusluq ittihamı irəli sürüb. Pol Ulian Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq ittihamı ilə həbs olunub. Ailəsi isə onun toyda iştirak etmək üçün Moskvaya getdiyini iddia edir.

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman çərşənbə günü Lefortovo həbsxanasında saxlanılan Pol Uilanla görüşüb. Bu haqda ABŞ Dövlət Departamenti məlumat verib.

Bundan öncə çərşənbə günü ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatlar Pol Uilanın dərhal azad edilməsini tələb edir və onun həbsinin səbəbləri ilə bağlı izahat almaq istəyir. Devid Uilan deyib ki, onun qardaşı texniki ehtiyat hissələrinin təchizatı ilə məşğul “BorgWarner” şirkəti ilə “mühafizəçi müqaviləsinə” malikdir.

Bu hadisə əslində yeni deyil, daha əvvəl, konkret olaraq 2011-ci ildə ABŞ-da 10 rusiyalı kəşfiyyatçı ifşa olunub və daha sonra onlar amerikalı agentlərlə dəyişdirilib. Ötən il isə Britaniyada baş verən Skripal qalmaqalından sonra Rusiya və ABŞ qarşılıqlı olaraq diplomatları - hansı ki, onların kəşfiyyatçı olduqları ehtimal edilirdi - ölkələrindən deportasiya olunub.

Ümumilikdə ötən il Rusiyanın bir neçə agenti Avropada ifşa olunub. Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. Martın 14-də Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar qəbul edib, həmçinin Rusiya ilə rəsmi səviyyədə təmasları dayandırıb və Britaniyada fəaliyyət göstərən 23 Rusiya kəşfiyyatçısını ölkədən çıxarıb. Ruslar da buna cavab olaraq Britaniya diplomatik korpusu çətiri altında fəaliyyət göstərən kəşfiyyatçıları ölkədən çıxarıblar. Britaniya hökuməti bəyan edib ki, pasport ad-soyadlarının Aleksandr Petrov və Ruslan Boşirov qeyd olunan iki şəxs Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olub.

Yeri gəlmişkən, Sergey Skripal özü də 2006-cı ildə dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq 13 il həbsə məhkum edilib və 2010-cu ildə onu daha bir neçə casusla birlikdə Rusiya kəşfiyyatının ABŞ-da ifşa edilmiş bir qrup agenti, o cümlədən Anna Çapmanla mübadilə ediblər.

Bu hadisənin qalmaqalı yatmamış oktyabr ayının 4-də Hollandiyanın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) və Birləşmiş Krallıq Ədliyyə Nazirliyi tərəfindən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ-QRU) kiber hücum bölməsinin zabitləri hesab edilən Rusiya Federasiyasının 4 vətəndaşını ifşa edib. Məlumata əsasən, həmin 4 nəfər şəxs Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) kompüter şəbəkəsinə kiber hücum etmək məqsədilə 2018-ci ilin aprel ayında Hollandiyaya yerləşiblər.

Qeyd edək ki, ümumilikdə son illərdə kəşfiyyat agentlərinin ifşası xəbərlərinin sayı artıb. Yuxarıda sadəcə dünyanın ən güclü kəşfiyyat orqanlarına sahib olan Rusiya və ABŞ-ın agentlərinin ifşası barədə 3 xəbəri qeyd etsək də, dünya ölkələrində onlarla, hətta yüzlərlə belə faktlar var.

Peşəkar casusların tez-tez ələ keçməsi nə ilə bağlıdır? Məsələ ondadır ki, son illərdə elektron kəşfiyyat xeyli inkişaf edib. İnternet üzərindən kəşfiyyat. Məlumatların toplanması, sistemlərdən məlumatların oğurlanması, analizlərin hazırlanması artıq böyük ölçüdə internet üzərindən aparılır. Casusların ifşa hadisələrinin artması artıq ənənəvi metodların sıradan çıxdığına işarədir, yoxsa kəşfiyyat sahəsində birbaşa agentlərin peşəkarlıq səviyyəsi azalıb?

Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xaricdə agentlər bir qayda olaraq iki formada - leqal və ya qeyri-leqal, yəni gizli fəaliyyət göstərir: “Kəşfiyyat fəaliyyəti dedikdə söhbət başqa dövlətin siyasi, hərbi və sair imkanları barədə gizli məlumatların toplanmasından gedir. Məlumatların toplanması leqal və qeyri-leqal şəkildə aparıla bilər. Leqal fəaliyyət odur ki, şəxs hansısa qurumda, məsələn səfirlik və ya başqa qurumda çalışaraq məlumat toplayır və bu zaman yerləşdiyi ölkə onu kəşfiyyatçı kimi tanıyır. Vəzifəsinə uyğun olaraq bu adamların müəyyən qurum və təşkilatlara giriş icazəsi olur. Və ordan əldə etdikləri məlumatları analiz edərək müəyyən kanallarla öz dövlətlərinə ötürürlər”.


Ekspert deyir ki, xarici kəşfiyyat dedikdə başqa ölkələrin, yəni konkret şəxsin bir ölkə ərazisində həyata keçirdiyi məlumat toplama və onları analiz etmə fəaliyyətləri nəzərdə tutulur. Hərbi kəşfiyyat, sənaye kəşfiyyatı, işçi kəşfiyyatı kimi sahələr var: “Yəni müəyyən anlaşmaların imzalanmasında istifadə olunan məlumatları əldə etmək. Bütün bunlar müxtəlif istiqamətlərdə aparılan kəşfiyyat xarakterli işləridir. Bəzi məsələlər var fərqli iş sistemi tələb edir. Təbiidir ki, leqal işləyən kəşfiyyat orqanları əməkdaşları öz maraqlarını açıq şəkildə ortaya qoymur. Ancaq buna baxmayaraq ərazisində işlədikləri dövlətin əks-kəşfiyyat orqanları onların fəaliyyətini nəzarət altında saxlayır. Son zamanlar baş verənlər, o cümlədən Hollandiya və Britaniyada kəşfiyyatçıların ifşa olunması leqal kəşfiyyatçıların ələ keçməsi hadisəsi idi. Qeyri-leqal kəşfiyyatçılar dərin konspirasiya qaydasında işləyən işçilərdir. Ola bilsin onlar heç hansısa xüsusi xidmət orqanının rəsmi əməkdaşı deyil, bu işə cəlb olunmuş işçilərdir. Bu adamlar müxtəlif texnika və texnologiyalardan istifadə edirlər. Bildiyiniz kimi. bir çox ölkələr leqal kəşfiyyatçılar ələ keçəndə onları ölkədən qovurlar. Digər dövlət də buna adekvat olaraq həmin sayda kəşfiyyatçını öz ərazisindən çıxarır. Bunu bir mənada qəbul olunmuş taktika da adlandırmaq olar”.

A.Nağıyevin sözlərinə görə, hazırda ifşa olunan, necə deyərlər ictimaiyyətə açıqlanan şəxslər daha çox leqal fəaliyyət göstərən kəşfiyyatçılardır. Ancaq gizli fəaliyyət göstərənlər köhnə qaydada fəaliyyətlərini davam etdirir: “Daha bir qayda budur ki, kəşfiyyat sahəsində ölkələr əməkdaşlıq edir və dost ölkəyə qarşı təhdid olanda əməkdaşlıq edilən ölkə kəşfiyyat dəstəyi verir. Düşünürəm ki, istər Rusiya, istər Hollandiya, istərsə də ABŞ da ifşa olunan şəxslər leqal kəşfiyyat əməkdaşları olub. Qeyri-leqal kəşfiyyatçılar isə dərin konspirasiya şəraitində öz işlərini qurub, fəaliyyətlərini davam etdirirlər”.

Casusları ələ verən səbəb - texnoloji vasitələr, yoxsa...

  • 5-01-2019, 10:45
  • 104


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI