Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Elektrik xəttində nasazlıq olub

805 5-01-2019, 16:03 hadise

Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Elektrik xəttində nasazlıq olubBakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

XƏBƏR LENTİ