İran denominasiyaya hazırlaşır- Rialdan dörd sıfır pozulacaq

686 7-01-2019, 11:56 dunya

İran denominasiyaya hazırlaşır- Rialdan dörd sıfır pozulacaqİran denominasiyaya hazırlaşır. Strateq.az-ın “Hurriyet”ə istinadən xəbərinə görə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti açıqlama verib.

Onun sözlərinə görə, İran rialından dörd sıfırın pozulmasına dair təklif artıq hökumətə təqdim olunub. Dəyişiklikdən sonra 1 “yeni” rial 10 min “köhnə” riala bərabər olacaq.

Himməti ABŞ-ın sanksiyaları səbəbindən birja və inflyasiya ilə bağlı yaranmış problemlərin nəzarət altına alındığını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, hazırda 100 İran rialı=0,0040 AZN-dir. Hazırda qonşu ölkədə 1 ABŞ dollarının məzənnəsi təxminən 10 min rial təşkil edir.

Xeberdar.net

XƏBƏR LENTİ