Avropa Şurasının komissarı nazir müavinilə danışıb – Mehman Hüseynovun işilə bağlı

629 8-01-2019, 14:15 gundem

Avropa Şurasının komissarı nazir müavinilə danışıb – Mehman Hüseynovun işilə bağlıAvropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç dünən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində Mehman Hüseynovun -həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin- işilə bağlı danışıb.

“Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardımı ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm”, – komissarın Avropa Şurasının saytındakı bəyanatında deyilir. (Turan İA)

XƏBƏR LENTİ