SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR

703 8-01-2019, 16:56 cemiyyet

SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLARSumqayıt Dövlət Universitetində imtahanlarla bağlı ənənəvi olaraq “Açıq qapı” günü keçirildi. Qeyd edək ki, SDU-da payız semestrinin imtahan sessiyası yanvarın 3-dən başlayıb. Fevralın 2-dək davam edəcək imtahan sessiyası 7 fakültənin əyani şöbəsi üzrə aparılır. İmtahanların gedişinə həmçinin nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika və elekrtoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar. Bütün bunlara baxmayaraq, universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.

İmtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir.
Sonra universitetin rəhbərliyi, valideynlər, qeyri-hökumət təşkilatları və KİV- nümayəndələri imtahan prosesini izlədilər, yazılı imtahan işlərinin kodlaşdırılması otağında oldular. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması barədə məlumat verdi. Bildirdi ki, sessiya başlayandan bugünədək apelyasiya komissiyasına 14 nəfər tələbə müraciət edərək, qiymətlərini artırıblar.
Müşahidəçilər tələbələr üçün yaradılan şəraitə görə SDU-nun rektoru professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər. Bir qrup tələbə imtahan prosesinin gedişi ilə bağlı müsahibə verdi və universitetlə bağlı xatirələrini bölüşdülər. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Əli Miriyev qeyd etdi ki, 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Politologiya ixtisasına qəbul olundum. Əvvəlcə region universitetinə qəbul olunmağıma təəssüf etsəmdə, sonralar "oxumağın yaşı və yeri yoxdur" sözünün həqiqətən də doğru olduğunu anladım.Təhsil almağa başladığım ilk həftədə universitet Tələbə Gənclər Təşkilatının oxuduğum qrup üzrə sədri seçildim.Təşkilatda 5 aylıq fəaliyyətimdən sonra Fakültə idarə heyətinə seçildim, sədr müavini oldum.İctimai işlərlə bərabər dərslərimə də çox diqqət edirdim.II kursda təhsil alanda TGT-nin Fakültə sədri seçildim. 900 nəfər tələbəni təmsil etmək böyük məsuliyyət idi. Şəhər və universitet miqyaslı bir sıra tədbirlərdə çıxışlar etmişəm.
Dövlət Təhlükəsizlik Xidmətində 3 may 2017-ci il tarixində keçirilən Respublika konfransında Sumqayıt şəhərinin gənclərini təmsil edərək “Heydər Əliyevin Dövlət təhlükəsizlik orqanlarında xidmətinin Ulu Öndərdə azərbaycançılıq ideyalarının formalaşmasına təsiri” mövzusunda çıxış etdim. Konfransda iştirakıma görə sertifikata layiq görüldüm. Bunu həyatımdakı ən böyük uğurlardan biri hesab edirəm.
4 may 2017-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən konfransda "Heydər Əliyev və gənclik" mövzusunda məqaləm işıq üzü gördü.
Debat intellektual oyunu ilə də məşğul olurdum və TOT təlimçi adını almışdım. 2017-ci il 2 fevral tarixində ictimai fəaliyyətimə görə universitetimizin rektoru professor Elxan Hüseynov tərəfindən Fəxri Fərmanla təltif edildim.
III kursda təhsil alan zaman Universitet üzrə TGT-nin sədr müavini seçildim. Yalnız universitetdə deyil, Şəhər İcra Hakimiyyəti nəzdində Gənclər və idman baş idarəsi, Gənclər evi ilə müxtəlif layihələrdə birlikdə çalışmışam.
Könüllü kimi Bakı İslam Oyunları 2017, Formula 1 Azerbaijan Grand Prix 2018 oyunlarında Support Host vəzifəsində çalışdım.
Bakı 5 saylı Asan xidmətində könüllü kimi fəaliyyət göstərdim. Yeni Azərbaycan Partiyasının sıralarına daxil oldum, fəaliyyətimi diqqətə alaraq "İlin Gənc Könüllüsü" nominasiyası üzrə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə Fəxri Fərmanla təltif edildim.
Bu uğurlarımda əməyi olan şəxslərə – ilk olaraq mənə güvənən ailəmə, sonra isə hər zaman mənə diqqət göstərən başda universitetimizin rektoru professor Elxan Hüseynova, Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynova, dekan, professor Adil Baxşəliyevə və fakültəmizin professor-müəllim heyətinə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Sonra valideynlərdən Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Emil Məmmədovun atası Rövşən Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Əkbər İsayevin anası Səbirə İsayeva, Filologiya fakültəsinin III kurs tələbəsi Aytən Bədəlovanın anası Elnurə Bədəlova müsahibə verərək universitetdəki tədrisin keyfiyyətindən razı olduqlarını bildirdilər. Onlar vurğuladılar ki, SDU-da övladlarına verilən biliyin səviyyəsi onları qane edir. Həmçinin burada müəllim tələbə münasibəti çox yüksək səviyyədədir. İmtahanlar zamanı tələbələrə biliklərini nümayiş etdirmələri üçün bütün şərait yaradılıb. Biliyi, savadı olan, imtahanlara ciddi hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirilir.Valideynlər övladlarının biliklərinin obyektiv qiymətləndirilməsinə görə universitetin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri mütəmadi olaraq imtahanın sessiyasını gedişini izləyirlər.

SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR
SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR

XƏBƏR LENTİ