Nə üçün adama elə gəlir ki, vaxt tez keçir? –ABŞ aliminin maraqlı izahı

905 10-01-2019, 12:08 maraqli

Nə üçün adama elə gəlir ki, vaxt tez keçir? –ABŞ aliminin maraqlı izahıNə üçün yaşa dolduqca adama elə gəlir ki, vaxt tez keçir?

Strateq.az bildirir ki, ABŞ-ın Dyuka Universitetinin əməkdaşı Adrian Bejan bunun izahını tapa bilib. “Quartz” jurnalının məlumatına görə, zaman anlamı insan beyninin gördüyü işinin sürəti ilə bağlıdır. Alimin sözlərinə görə, zamanın subyektiv anlamı üçün vaxtın yuxu və dincəlmək üçün ayrılmış hissəsi rol oynayır. Alim bir faktı diqqətə çatdırır: Yaşa dolduqca beyin ona daxil olmuş obrazları ləng qəbul etməyə başlayır.

Gənc yaşlarında beyin informasiyaları cəld qəbul edir, bu zaman belə hiss yaranır ki, zaman çox ləng keçir. Yaşa dolduqca beyin fiziki zamandan “geri qalmağa” başlayır. Bu isə vaxtın sürətlə keçməsi ilə bağlı hissi yaradır.

Zamanın tez keçməsi ilə bağlı hissin yaranmasında əsas rolu sakkadlar – gözlərin sürətli hərəkəti oynayır. Bu zaman gözlər eyni vaxtda, eyni istiqamətə baxaraq baş verənləri sürətli hərəkətlə izləyirlər. Məsələ ondadır ki, beyin sakkadlar arasında əldə etdiyi vizual informasiyanı araşdırıb hazırlamalıdır. Uşaqlardan fərqli olaraq yaşlılarda sakkadlar arasında bunun fiksə edilmə periodu daha uzundur.

Daha bir faktor: Yaşa dolduqca beyində neyron əlaqələri daha az formalaşmağa başlayır. Kimsə əgər zamanın tez keçməsi ilə bağlı hissdən yorulubsa alim ona sadə məsləhət verir: Yatmaq! Dincəlmək beyinə xarici stimullara tez reaksiya verməyə kömək edir.

XƏBƏR LENTİ