«Rusiya viran qoyulmuş Donbası Ukraynaya qaytaracaq…» – Leonid Kravçuk

673 10-01-2019, 15:37 dunya

«Rusiya viran qoyulmuş Donbası Ukraynaya qaytaracaq…» – Leonid Kravçuk«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın ilk prezidenti Leonid Kravçuk bəyan edib ki, Rusiya «dağıdılmış Donbası» Ukraynaya qaytaracaq, çünki o, Rusiyaya lazım deyil. Eks-prezident bu fikri «Fakt»a verdiyi müsahibədə səsləndirib.

«Ancaq, Donbasın və Krımın «deokupasiyası» məsələlərinə birlikdə baxmaq olmaz. Kremllə bir masa arxasında oturmayana qədər, heç nə olmayacaq. Digərlər bizə kömək edəcəklər, şərait yaradacaqlar, amma bu problemi biz, Rusiya ilə həll etməliyik» – deyə, eks-prezident əlavə edib.

Kravçuk onu da bildirib ki, bu məsələ yalnız «Qərbin pressinqi altında» həll oluna bilər. O, xatırladıb ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mövcud vəziyyəti ukraynalı həmkarı Pyotr Poroşenko ilə müzakirə etmək istəmir.

Donbasda müharibə 2014-cü ilin yazında, Donetsk və Luqansk vilayətlərinin ərazisində «xalq respublikaları» elan olunduqdan sonra başlayıb. Rusiya tərəfi bu münaqişədə özünün iştirakını inkar edir.

XƏBƏR LENTİ