Mkrtçyan necə çevrilib Həsənov oldu?

Mkrtçyan necə çevrilib Həsənov oldu?Altı nəfərdən ibarət erməni ailəsi özünü azərbaycanlı kimi qələmə verərək, Almaniyada yaşayış hüququ almaq prosesini bu yolla sürətləndirmək istəyib.

"Wormser Zeitung” nəşri xəbər verir ki, Almaniyaya gəldikdən sonra sənədlərini məhv etmiş ermənilər özlərini Həsənov kimi təqdim ediblər. Düşüncə isə bundan ibarət olub ki, Almaniyanın miqrasiya xidmətləri Azərbaycana və zərurət yaranarsa, Ermənistana müraciət etsələr, cavab gəlməyəcək, çünki belə adda və familiyada adamlar yoxdur.
Lakin "Həsənov”ların – nənənin, atanın, ananın və üç uşağın qaçqın statusu almaq üçün verdikləri vəsatət rədd edilib. O zamandan bəri ailə müavinət alaraq Vormsda yaşayır. Lakin daim belə davam edə bilməzdi. Yalan ifşa olunub və məlum olub ki, bunlar Həsənov yox, Mkrtçyan və Xalatyanlardır. Uşaqlarının adları isə Nelli, Metaksiya və Gevorqdur. O da məlum olub ki, özünü nənə kimi təqdim etmiş qadının bu ailə ilə heç bir qohumluğu yoxdur.
Dələduzluq erməni ailəsini Almaniyada qalmaq üçün minimal şansdan belə məhrum edib. "Nənə” könüllü olaraq getməyə razılaşıb və hətta şəhər hakimiyyətindən maliyyə yardımı da alıb. Ailənin yerdə qalan üzvləri isə Almaniyanı tərk etməkdən imtina ediblər. Nəticədə, gecə yarısı miqrasiya xidmətinin əməkdaşları polislərlə birlikdə ailənin yaşadığı yerə gəlib və artıq səhər onlar Berlindən Ermənistana deportasiya ediliblər.
[img=left]http://muxalifet.az/sites/good.localhost/files/styles/foto2/public/ermeni_keleyi_ailesi_0.jpg?itok=1ZCau4KH[/img]
Belə hallarda tez-tez baş verdiyi kimi, miqrantların tərəfini saxlayanlar da olub. Erməni ailənin də icmasına daxil olduğu yerli kilsənin pastoru Tobias Şefer hakimiyyətin hərəkətlərini dəstəkləmədiyini bildirib.
Vormsun meri Hans-Yoahim Kosubek bildirib ki, hər şey qanuna müvafiq şəkildə həyata keçirilib, uşaqlar isə valideynlərinin dələduzluğunun qurbanına çevriliblər. "Əlbəttə, təəssüf ki, uşaqları gecə vaxtı oyatmalı olduq, lakin başqa cür onlar səhər reysinə çatmayacaqdılar”, - mer deyib.
Şeferin sözlərinə görə, hazırda ailənin vəziyyəti normaldır. Onlar Ermənistanda qohumlarının evində yaşayırlar./Virtualaz.org

Mkrtçyan necə çevrilib Həsənov oldu?

  • 11-01-2019, 14:15
  • 229


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  6. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  7. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  8. Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ
  9. DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır
  10. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI