Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri ilə görüşdü

Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri ilə görüşdüMilli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, O. Əsədov Azərbaycanla Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlər zamanı iki ölkə arasında 21 mühüm sənəd imzalandığını deyib: “9 sənədə isə hazırda baxılmaqdadır”.

Azərbaycanla Yunanıstan arasında parlamentlərarası münasibətlərdən danışan O. Əsədov ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin inkişafı üçün hər iki tərəfin geniş potensialı olduğunu diqqətə çatdırıb və reallaşdırılan TAP layihəsinin ölkələr arasında ticarət dövriyyəsini daha da artıracağını vurğulayıb.

Yunanıstanın xarici işlər naziri N. Kotzias ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmlənməsinə hər zaman töhfə verməyə hazır olduğunu söyləyib, ölkələr arasında ticari, iqtisadi, mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsini vacib sayıb. N. Kotzias Yunanıstan parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının da parlamentlərarası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Xeberdar.net

Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri ilə görüşdü

  • 3-02-2016, 22:13
  • 529


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mühafizə Xidmətindən şikayət var: İşçinin maaşı verilmir
  2. Ümid Partiyasının Fransa Senatına etirazı
  3. Mərkəzi Banka yeni səlahiyyət verilib
  4. BH Başqanı Hürrü Əliyev: "Bizim üsyanımız işğalçı rus ordusunun ölkəmizdə olmasınadır."
  5. Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...
  6. Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
  7. Hövsanda avtobus müsibəti: “Transgeyt” Eldar Əzizovu da eşitmir – Foto
  8. Xaçmaz rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
  9. Polis Akademiyasına rəis təyin olunub –Sərəncam
  10. Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI