Həmyerlisini doğrayan erməni azadlığa buraxılır – İrəvanda etiraz aksiyası

Həmyerlisini doğrayan erməni azadlığa buraxılır – İrəvanda etiraz aksiyasıBıçaqlandıqdan sonra hissələrə parçalanaraq zibilxanaya atılan erməninin qohumları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. “AzPolitika.info” xəbər verir ki, hələ 23 il bundan əvvəl baş verən və böyük rezonansa səbəb olan qətl hadisəsini törədən Mqer Enokyanın azadlığa buraxılması gözlənilir.

Aksiyaya mərhum İosif Ağacanovun ailəsilə yanaşı sıravi vətəndaşlar da qoşulub. Məsələ ondadır ki, azad ediləcəyi gözlənilən qatil öz arvadının indiki hökumətdə vəzifə almasından istifadə edir. Belə ki, onun həbsxanada olmasına baxmayaraq, evləndiyi Zauri Meclumyan Dövlət Nəzarət Xidməti rəisinin mətbuat katibidir. Aksiya iştirakçıları iddia edirlər ki, Z.Meclumyan vəzifəsindən istifadə edərək, ərini həbsxanadan azad etdirir.

Erməni mətbuatı yazır ki, gənc İ.Ağacanovu vəhşicəsinə qətlə yetirərək doğrayan Enokyanın o vaxt 20 yaşı olub. Məhkəmə əvvəlcə ona ölüm hökmü çıxarsa da, sonradan qərar ömürlük həbslə əvəz edilib. Aksiya iştirakçılarına qoşulan hüquq müdafiəçiləri də qatilin azadlığa buraxılmasına etiraz edərək, belə “canavarın” azadlıqda gəzməsinin yolverilməz olduğunu bildiriblər.

Maraqlıdır ki, Ermənistanın Ədliyyə Nazirliyi məsələyə şərh verməkdən boyun qaçırır. Bu da narazı aksiya iştirakçılarında doğrudan da qatilin arvadının hesabına azadlığa buraxılacağına dair əminlik yaradır./AzPolitika.info

Həmyerlisini doğrayan erməni azadlığa buraxılır – İrəvanda etiraz aksiyası

  • 14-01-2019, 16:16
  • 117


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI