«BMT Təhlükəsizlik Şurasında veto hüququ ləğv olunsun» - Ukrayna çağırış etdi

617 14-01-2019, 16:26 dunya

«BMT Təhlükəsizlik Şurasında veto hüququ ləğv olunsun» - Ukrayna çağırış etdi«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Birləşmiş Millətlər Tərkilatındakı (BMT) daimi nümayəndəsi Vladimir Yelçenko Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnun mərhələli şəkildə ləğvinin qaçılmaz olduğunu bəyan edib.
O, bir daha Rusiyanı Ukraynaya qarşı təcavüzdə və BMT TŞ-nın Donbas üzrə bir çox qətnamələrini təkbaşına bloklamaqda ittiham edib.
Nümayəndə qeyd edib ki, Təhlükəsizlik Şurasının daimi üzvü münaqişə tərəfi olduğu halda, veto hüquqüna malik ola bilməz.
«Bizim dövlətimiz həm də veto hüququnun mərhələli şəkildə ləğvinin tərəfdarıdır. Bu məsələ Ukraynanın Rusiya təcavüzünə məruz qaldığı bir vaxtda xüsusilə aktualdır. Nədən ki, Rusiya TŞ-nın daimi üzvlərindən biridir» – Yelçenko «Həftənin güzgüsü» nəşriə yazdığı məqalədə bəyan edib.

XƏBƏR LENTİ