Bakıda xüsusi qərargahlar yaradıldı –Eldar Əzizov icra başçılarına tapşırıq verdi

Bakıda xüsusi qərargahlar yaradıldı –Eldar Əzizov icra başçılarına tapşırıq verdiBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

Bu barədə BŞİH-dən Strateq.az-a verilən məlumata görə, Eldar Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradılıb: “Eyni zamanda, BŞİH də daxil olmaqla, Bakının bütün rayonlarının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib”.

Meriyadan bildirilib ki, şəhər icra hakimiyyəti qış mövsümünə tam hazırdır. “Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb”.

Bakıda xüsusi qərargahlar yaradıldı –Eldar Əzizov icra başçılarına tapşırıq verdi

  • 16-01-2019, 16:43
  • 159


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI