Antarktidada sirli orqanizmlər aşkarlandı

Antarktidada sirli orqanizmlər aşkarlandıAlimlər Antarktida buzlaqlarının altında olan göldən min illər ərzində təcrid olunmuş canlı orqanizmlərin qalıqlarını aşkarlayıb. Bu barədə “Nature” nəşri məlumat yayıb.

Tədqiqatçılar cənub qütbünün su hövzələrində ilk dəfədir ki, belə qalıqlarla rastlaşır. Buna qədər alimlər belə mühitdə yalnız bakteriyaların yaşaya bildiyini fərz edirdi.

Tapıntı “Subglacial Antarctic Lakes Scientific Access” (SALSA) tədqiqatı çərçivəsində qeydə alınıb. Tədqiqatçılar Cənub qütbündən 600 kilometr aralıda yerləşən Merser gölündən nümunə götürüblər.

Bunun üçün onlar bir kilometr dərinlikdə quyu qazaraq, ora temperaturu ölçən cihaz buraxıb. Sonradan cihazı səthə çıxararaq, üzərinə yapışan çirkdən nümunələr götürüb. Nümunələr mikroskop altında araşdırılıb.

Mütəxəssislər diatom yosunların çanaqlarını, buğumayaqlılar, o cümlədən, xərçəngkimilərin və ərincəkliləri xatırladan mikroskopik canlıların qalıqlarını müşahidə edib. Bundan savayı, mikroskop altında soxulcanlara bənzəyən bitki və göbələk toxumalarını aşkarlanıb.

Alimlərin hesablamalarına görə, həmin canlılar Transantarktika dağlarının su hövzələrində, təxminən Merser gölündən 50 kilometr aralıda yaşayıb. Onların yaşayışı üçün əlverişli şərait təxminən 120 min il əvvəl mövcud olub.

Alimlər hələlik bu məxluqların gölə hansı şəkildə düşdüyünü müəyyən edə bilmir. Orqanizmlərin yaşını öyrənmək üçün onlar DNT analizi və radio-karbon təqvim araşdırması aparmaq niyyətindədirlər. (Oxu.az)

Antarktidada sirli orqanizmlər aşkarlandı

  • 21-01-2019, 12:08
  • 553


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI