Göksel Gülbey: Gürcüstanda məhz yanvarın 20-də cəllad Avaqyana heykəl ucaldılması təsadüfi deyil

643 28-01-2019, 12:46 gundem

Göksel Gülbey: Gürcüstanda məhz yanvarın 20-də cəllad Avaqyana heykəl ucaldılması təsadüfi deyilAzərbaycanın işğal olunmuş ərazilərində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyan sadəcə türklərin deyil, gürcülərin də düşmənidir.

Trend-in məlumatına görə, bunu Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbey bildirib ki, Gürcüstanda məhz indi M.Avaqyana heykəl ucaldılması təsadüfi deyil: “20 Yanvar faciəsinin 29-cu ildönümündə belə bir addımın atılması əsla təsadüf ola bilməz”.

Qeyd edək ki, Rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib.

Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən M.Avaqyana büstün qoyulması ilə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

XƏBƏR LENTİ