“Formula 1” pilotlarının bir mövsümdə aldıqları əmək haqları – SİYAHI

“Formula 1” pilotlarının bir mövsümdə aldıqları əmək haqları – SİYAHI“Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.

“Report” “YouTube”da yer alan “F1 WeekEnd” kanalına istinadən xəbər verir ki, Almaniyanın “Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilot ünvanını qoruyub. Britaniyalının illik maaşı 57 milyon dollar təşkil edəcək.

İkinci sırada İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalı idmançının qazancı 45 milyon dollar olacaq. “Üçlüy”ü Fransanın “Renault” komandasının pilotu Daniel Rikkardo qapayır. Avstraliyalı sürücü 17 milyon dollar məvacib alacaq.

“Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)

1. Lüis Hemilton (“Mercedes”) – 57 milyon

2. Sebastyan Fettel (“Ferrari”) – 45 milyon

3. Daniel Rikkardo (“Renault”) – 17 milyon

4. Maks Ferstappen (“Red Bull”) – 13,5 milyon

5. Valtteri Bottas (“Mercedes”) – 8,5 milyon

6. Kimi Raykkonen (“Sauber”) – 4,5 milyon

7. Niko Hülkenberq (“Renault”) – 4,5 milyon

8. Karlos Sayns (“McLaren”) – 4 milyon

9. Şarl Lekler (“Ferrari”) – 3,5 milyon

10. Serxio Peres (“Racing Point”) – 3,5 milyon

11. Roman Qrojan (“Haas”) – 1,8 milyon

12. Pyer Qasli (“Red Bull”) – 1,4 milyon

13. Lens Stroll (“Racing Point”) – 1,2 milyon

14. Kevin Maqnussen (“Haas”) – 1,2 milyon

15. Robert Kubitsa (“Williams”) – 570 min

16. Daniil Kvyat (“Toro Rosso”) – 300 min

17. Lando Norris (“McLaren”) – 260 min

18. Antonio Covinatsi (“Sauber”) – 230 min

19. Corc Rassell (“Williams”) – 180 min

20. Aleksandr Albon (“Toro Rosso”) – 170 min

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 apreli əhatə edəcək.

“Formula 1” pilotlarının bir mövsümdə aldıqları əmək haqları – SİYAHI

  • 29-01-2019, 11:57
  • 83


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  5. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI