Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb – FOTO

Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb – FOTOŞirvan şəhərində “Tosu” ləqəbli narkotacirdən külli miqdarda narkotik vasitə götürülüb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis şöbəsinin (PŞ) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Tosu” ləqəbi ilə tanınan Qaçayev Toğrul Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı satış üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Ümumilikdə adı çəkilən şəxsin üzərindən və kirayədə yaşadığı evdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtlarda əldə edilən narkotik vasitələr olan 36,069 qram heroin, 4,811 qram tiryək və 5,172 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin T.Qaçayevdən narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4000 ABŞ dolları və 4900 manat aşkar edilrərk müsadirə edilib.

Onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb və barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb – FOTO

Şirvanda “Tosu” ləqəbli kriminal avtoritet saxlanılıb – FOTO

  • 2-02-2019, 09:00
  • 534


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI