DİRÇƏLƏN RUSİYA: MİF VƏ REALLIQ –Daxili problemlər ruslara Putinin fövqəlbəşəri lider olmadığını xatırladır

571 18-02-2019, 12:57 dunya

DİRÇƏLƏN RUSİYA: MİF VƏ REALLIQ –Daxili problemlər ruslara Putinin fövqəlbəşəri lider olmadığını xatırladırDmitar Baçev

“Əl-Cəzirə”, 18.02.2019

“Rusiyanı yenidən möhtəşəm et!” Vladimir Putinin beynəlxalq siyasətdə missiyası bundan ibarətdir. 2012-ci ildə Kremlə qayıtdıqdan sonra o, qlobal diplomatiya masasında ən yuxarı başda oturmaq istəyərək daha iddialı bir xarici siyasət yürüdür.

Səylər nəticə verib. Suriyaya hərbi müdaxilə sayəsində Rusiya Yaxın Şərqdə aparıcı güc olub.

Bu yaxınlarda həmin statusunu göstərən Putin, prezidenti Donald Trampın ABŞ qoşunlarını şimal-şərqi Suriyadan çıxarmaq qərarına ortaq təpkini koordinasiya etmək üçün Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhanini qəbul edib.

Zirvə toplantısı Yaxın Şərq ölkəsində qan tökülməsinin qarısını alan Astana Prosesinin iki illik yubileyinin qeydinə çevrilib.

ABŞ bu forumun bir hissəsi deyil. Buna görə də, Astana yeni qlobal nizamın qaranquşu ola bilər: Rusiya, Çin, Hindistan və başqa qeyri-Qərb dövlətləri.

Son bir neçə ildə Putin Qərblə qarşıdurmadan uzaqlaşmayıb. Lider olaraq ilk günlərində, 9/11 sonrasında ABŞ-a səmimi qəlbdən yanaşıb və hətta Rusiyanın NATO-ya daxil olma ehtimalı ilə əlaqədar niyyət açıqlayıb.

Lakin 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransında çıxışından sonra Putin ABŞ və müttəfiqlərin postsovet məkanında “rəngli inqilablar” yaratmaqla, onu taxtdan yıxmaq istədiyinə əmin olub. 2010-2011-ci illərdə “Ərəb inqilabları” onun qorxularını yalnız təsdqləyib və prezident Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasının Liviya üzərində uçuşa icazə verən qətnaməsinə mane olmadıqda, Putin baş nazir olaraq bu qərarı pisləyib. Hava hücumları Liviya lideri Muəmmər Qəddafinin aqibətini həll edib.

2014-cü ilin yazında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdə, Qərblə sıxıntılar artıb. O vaxtdan bəri Putin həm ABŞ, həm də avropalılara meydan oxuyur.

Nəticədə, Rusiyanın assosiasiyası dəyişib. ABŞ və AB 2014-cü ilə qədər Moskvanın çətin tərəfdaş olduğunu düşünürdü, lakin onu tam rəqib saymırdı. İndi Pentaqonun milli müdafiə strategiyası Rusiyanı, yüksələn Çin ilə birlikdə, hərbi təhdid kimi qiymətləndirir. NATO Moskvanı sərhədlərindən kənarda təcavüzkar hərəkətlərdən yayındırmaq üçün Şərqi Avropaya qoşun yerləşdirib.

Bununla yanaşı, Rusiyanın iqtisadi şantaj, kiberhücum və dezinformasiya, populist sağçı və radikal sol partiyalara dəstək verərək Qərb rəqiblərini içəridən sarsıtmaq üçün müxtəlif alətlərdən istifadə etməsi qorxuları var. 2016-cı ildə keçirilən ABŞ prezident seçkiləri, Macarıstan baş naziri Viktor Orban və İtaliyanın daxili işlər naziri Matteo Salvini kimi Avropada antimiqrasiya siyasətçilərinin Kremlə istiqamətli ritorikası ilə bağlı şübhlər qalmaqdadır.

Amma Rusiya o qədər də güclü deyil. Onun 1.57 trilyon dollar həcmli ÜDM-i ABŞ ÜDM-nin demək olar ki, 8%-ini təşkil edir və İspaniya kimi orta ölçülü Avropa ölkəsi ilə müqayisə edilə bilər. Uzun illər davam edən səylərdən sonra 2014-cü ildə Putinin, nəhayət, yaratdığı Avrasiya İqtisadi Birliyi (AİB) AB ilə müqayisədə heç nədir.

Sovet İttifaqından miras qalan strateji nüvə silahı ABŞ-ınkı ilə eyni səviyyədədir. Rus hərbi qüvvələri ABŞ ordusunun qabiliyyəti və texnoloji inkişafı baxımından çox geridə qalıb. 63 milyard dollar olan müdafiə büdcəsi ABŞ və Çindən geridədir (müvafiq olaraq 643 milyard dollar və 168 milyard dollar).

Moskva Ukraynada və Suriyada mədud müharibələrdə ustalaşmayıb. Çin və Hindistanla sıx əlaqələri olsa da, ABŞ kimi Avropa və Şərqi Asiyada bənzər sabit ittifaq şəbəkəsinə etibar edə bilməz.

Bir sözlə, Rusiya Federasiyası Yaxın Şərqdə və ya dünyanın hər hansı bir hissəsində ABŞ-ın aparıcı gücü və ya hegemoniyasına rəqib ola bilməz. Sovet İttifaqının qalıqlarında – Avrasiyada üstünlüyü belə uzunmüddətli deyil.

Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr iqtisadi və siyasi cəhətdən Qərbə yönəlir. Orta Asiyada Çin getdikcə əsas ağırlıq mərkəzinə çevrilir. Post-Amerika dünyasında Rusiya Pekinin kiçik qardaşı ola bilər.

Rusiyanın strategiyasının mahiyyəti, mərhum rus siyasətçisi Yevgeni Primakovun təbirincə, “zəif əllə yaxşı oynamaq”dır. Bəzi hallarda bu, rəqibin zəifliklərini istismar etməkdir. Qərbdə qütbləşən daxili siyasət Rusiyanın əlini gücləndirib. Bu, Putinə daha effektiv şəkildə “ayır və buyur” oyunu oynamağa imkan verib.

Digər hallarda Rusiyaya çevikliyə istinad edib. Yaxın Şərqdə, məsələn, bütün antoqonist güclərlə əməkdaşlıq edir: İran, İsrail, Körfəz ölkələri, Türkiyə, kürdlər və s.

Buna baxmayaraq, Putinin xarici siyasəti bəzən mənfəət gətirmir.

Rusiya İranla birlikdə Suriyada Əsəd rejiminə qutuluş veib. Krımı da ilhaq edib. Rusiya prezidenti 80%-lik etimad qazanıb.

Venesuelada Nikolas Maduronun sağ qalması halında, bu, Rusiyaya daha çox beynəlxalq dəstək verəcək. Avropada neft və qaz Moskvanı geosiyasi təsir alətidir. Almaniya “Nordstream 2” qaz boru kəmərini ABŞ-ın narazılığına səbəb olsa da, dəstəkləyir. Balkan ölkələri də “Türk Akımı” boru kəmərinin uzadılmasına razıdır.

Ancaq yenə Moskvanın gücünə məhdudiyyətlər var. Rusiyadan asılı olmayaraq, NATO genişlənir. Şimali Makedoniya bu il Çernoqoriyanın izi ilə gedib ittifaqa qatılacaq.

Eyni zamanda, Putin Ukraynada daha çox uğur qazana bilmir. Donbasdakı münaqişə uzun müddətdir ki, kilidlənmiş vəziyyətindədir.

Bundan əlavə, beynəlxalq uğurlar böyük xərclə başa gəlir. AB və ABŞ tərəfindən qoyulan sanksiyalar hələ də qüvvədə qalır. Donald Trampın Kremlə dostyana münasibətinə zidd olaraq, ABŞ Konqresi Rusiyaya qarşı cəzalandırıcı tədbirlər görür. Möller istintaqı və Tramp kampaniyası ilə Kreml arasındakı iddia edilən ortaqlıq ifşasına daha da yaxınlaşıb.

Ötən on illikdə Putinin legitimliyi və hakimiyyəti güclənib. Bununla birlikdə, bu vəziyyət dəyişir.

Suriya, Mərkəzi Afrika Respublikası və ya Venesuela rejimin populyarlığını artırmır. Rus cəmiyyəti pensiya yaşının yüksəlişi və korrupsiya ucbartından evdəki problemlərə yönəlib. Təsisatlara güvənmir, yalnız Putin fərdi məşhurluğunu saxlayır. Sosial narazılıq yüksəlməkdədir və Qərbin sanksiyaları ağrıya əlavə olunur.

Əlbəttə, daxili təzyiqlər Kremlə Rusiyanın dünya nizamı yaratma qabiliyyətli bir revizionist güc olmadığını və Putinin fövqəlbəşəri lider olduğunun həqiqətdən uzaq olduğunu xatırladır.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ