“İnam Kərimov Fransaya getməkdənsə…” –Ekspert yeni nazirin fəaliyyətini tənqid edir

“İnam Kərimov Fransaya getməkdənsə…” –Ekspert yeni nazirin fəaliyyətini tənqid edirKənd təsərrüfatı naziri İ.Kərimov Fransada işgüzar səfərdədir. Nazirliyin bu gün, fevralın 22-də yaydığı məlumata görə, İ.Kərimov heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativində olub.

Strateq.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, AURİVA-nın rəhbəri Brüno Punt kooperativin fəaliyyəti ilə bağlı təqdimat edib. O, kooperativin süni mayalama yolu ilə yetişdirdiyi 14 cinsdən olan damazlıq buğalar haqqında ətraflı məlumat verib. Bildirib ki, süd və ət məhsuldarlığına görə yetişdirilən bu cinslər müxtəlif iqlim və temperatura dözümlüdür.

«Tərəflər hər iki ölkənin ekspertlərinin birlikdə tədqiqat aparmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı texniki tərəfdaşlığın inkişafının vacibliyini qeyd ediblər», – açıqlamada yazılıb.

«Azərbaycanda heyvandarlığın problemi cins mal-qaranın olmamasında deyil. Belə mal-qara ölkədə var. Problem ölkədə mal-qara üçün yetərli yem bazasının olmamasındadır».
“İnam Kərimov Fransaya getməkdənsə…” –Ekspert yeni nazirin fəaliyyətini tənqid edir
Bunu kənd təsərrüfatı naziri İnam Kərimovun Fransaya səfərini dəyərləndirən ekspert Vahid Məhərrəmli deyib.

«Nazir Fransaya getməkdənsə, ölkənin rayonlarını, kəndlərini gəzməli idi, öyrənməli idi ki, indi ölkədə nə qədər yem istehsalı potensialı var», – deyə o vurğulayıb.

O deyib ki, Azərbaycan böyük vəsait xərcləyərək süni mayalanma müəssisəsi yaradıb, amma nəticə yoxdur.

«İndi də vəsaitləri xərcləyib cins mal-qara gətirəcəklər, yenə də xalqa lazım olan nəticə alınmayacaq. Səbəb də budur ki, problemi problem olan yerdə yox, problem olmayan yerdə axtarırlar», – V.Məhərrəmli bildirib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan 7.023 mln. ABŞ dolları dəyərində 5.043 min ton ət idxal edib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində yer alıb. Statistik göstəricilərin təhlilinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.589 mln. dollar (58 faiz) və 2.032 min ton (67 faiz) çoxdur.

Kənd təsərrüfatı ekspertləri bunu, əsasən, son illərdə Azərbaycanda pambıq sahələrinin artırılması ilə bağlı otlaq yerlərinin azalması ilə izah edirlər.

“İnam Kərimov Fransaya getməkdənsə…” –Ekspert yeni nazirin fəaliyyətini tənqid edir

  • 22-02-2019, 16:16
  • 606


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI