Hücum əmri HƏR AN verilə bilər – Moskvadan MÜHARİBƏ XƏBƏRDARLIĞI

575 26-02-2019, 16:03 dunya

Hücum əmri HƏR AN verilə bilər – Moskvadan MÜHARİBƏ XƏBƏRDARLIĞIABŞ Venesuelaya hərbi müdaxilə üçün hazırlaşır.

Bu haqda ölkənin Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ Puerto-Rikoda xüsusi təyinatlıları, ordunu isə Kolumbiyaya yerləşdirib.

Fevralın 22-də isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir.

"Vaşinqtonun təxribata hazırlığı hərb elminin bütün qaydaları ilə aparılır", - o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silahın ötürülməsinə hazırlaşır. Zaxarova qeyd edib ki, silahlar və döyüş sursatlarının böyük partiyasının Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır. O, böyuk kalibrli pulemyotlar, avtomatik qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən söhbət getdiyini deyib.

"Venesuelaya hərbi yükün çatdırılması cari ilin mart ayının başlanğıcında beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin cəlb edilməsi ilə qonşu ölkənin ərazisi vasitəsilə bir neçə istiqamətdə həyata keçirilməsi planlaşdırılır", - Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib./publika.az

XƏBƏR LENTİ