AMAY Abdulla zərərçəkənlərə pul ödəməkdən imtina edir

866 28-02-2019, 10:51 gundem

AMAY Abdulla zərərçəkənlərə pul ödəməkdən imtina edir
AMAY - şirkətlər qrupunun tərkibində olan “Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə baglı Agir Cinayətlər Məhkəməsində bir ildir davam edən “məhkəmə" prosesi bitmək üzrədir. Amma buna baxmayaraq, indiyədək zərərçəkənlərin bir qisminin zərəri ödənilməyib.

Bununla bağlı bəyanat yayan zərərçəkənlər yaxın günlərdə mətbuat konfransi keçirəcəklərini açıqlayıblar.

Bildiyiniz kimi, AMAY – Abdulla, Məmmədəli və Yulət Abdullayev qardaşlarının şirkətidir. Maraqlıdır ki, illərdən bəri şirkətin hesabına kifayət qədər var-dövlət sahibi olsalar da, Abdullayev qardaşları zərərçəkənlərə dəyən ziyanı ödəməkdən imtina edirlər.

Zərərçəkənlər iddia edirlər ki, AMAY-da əsas söz sahibi olan Abdulla Abdullayev bir müddət həbs olunub, sonradan azadlığa buraxılsa da, indiyədək problemin həlli üçün heç bir cəhd belə etməyib. Sanki belə də olmalıdır. Görəsən, bu biganəliyi ilə kimə arxalanır? Zərərçəkənlərin fikrincə, AMAY rəhbərliyinin əslində arxalanacağı kimsə yoxdur. Bu səbəbdən onların iddiasına görə, Abdullayev qardaşları bununla bir qrup insanı iqtidardan narazı salmaq niyyətindədir.

Yeri gəlmişkən, mətbuat konfransında bununla da bağlı ətraflı açıqlamalar verilməsi nəzərdə tutulur.

Onları maraqlandıran məsələlərdən biri də budur: deyirlər ki, “bizim istintaq zamanı şikayətçi olduğumuz həmin dələduzlar necə istintaqdan yayınıblar? Onları müdafiə edənlər kimlərdir?

Bütün bunlarla bağlı mətbuat konfransı keçirməyə hazırlaşan zərərçəkənlər hakimiyyət rəsmilərinə də müraciət edərək AMAY rəhbərliyinin özbaşınalığına son qoyulmasını xahiş edirlər.

Xeberdar.net

XƏBƏR LENTİ