Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək-“Bir qarış da torpaq verməyəcəyik!..”

616 4-03-2019, 15:15 dunya

Bəs cavabında biz hansı tutarlı aksiya təşkil edəcəyik?!..
Arşak Zakaryan: “Biz avtomobillərlə Zodda toplanacağıq...”

Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək-“Bir qarış da torpaq verməyəcəyik!..”
Ermənilərin "Azərbaycana bir qarış da torpaq verməyəcəyik" şüarı ilə ikinci aksiyası 2 aprel tarixində baş tutacaq.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya və Ukraynada nəşr olunan erməni saytları məlumat yayıb.

“Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri, kinorejissor Arşak Zakaryan jurnalistlərə açıqlamasında belə deyib:

"Biz avtomobillərlə Zodda(Kəlbəcər-S.L.) toplanacağıq. Oradan bütün sərhəd boyu avto-yürüşə başlayacağıq. “Karvaçar”dan(Kəlbəcər-S.L.) "Djrakan"a(Cəbrayıl-S.L) qədər - üç gün ərzində...”

P.S. Bəs cavabında biz, Azərbaycan olaraq hansı tutarlı aksiya təşkil edəcəyik?..

Sultan Laçın

XƏBƏR LENTİ