Səlim Müslümovun Ağcabədidəki adamına qarşı ittiham var...

 Səlim Müslümovun Ağcabədidəki adamına qarşı ittiham var...
Ağcabədi şəhəri, M.Ə.Sabir küçəsi, ev 67 ünvanında yaşayan Mirzəyevlər ailəsinin üzvləri, artıq 1997-ci ildən bəri, bir çox dövlət orqanlarını təmsil edən məmurlar tərəfindən təzyiq və haqsızlıqlara məruz qoyulduqlarını bildirirlər. Qeyd etmək istərdik ki, bu ailənin əksər üzvləri göz xəstəlikləri səbəbindən müxtəlif əlillik dərəcələrinə malikdirlər. Belə ki, ailənin 3 il bundan öncə dünyasını dəyişmiş başçısı, Mirzəyev Əjdər Məhəmməd oğlu I qrup, mərhumun həyat yoldaşı Mirzəyeva Rəna Şamil qızı II qrup, oğlu Mirzəyev Məhəmməd III qrup və nəhayət qızları Sevinc Mirzəyeva ağır nevroloji xəstəlik səbəbindən I qrup əlillik dərəcələrinə malikdirlər. Bütün bunlara baxmayaraq, redaksiyamıza müraciət etmiş Rəna Mirzəyeva bildirir ki, onların əsil faciələri məhz 1997-ci ildə yaşandı və həmin faciənin fəsadları bu gün də ailəni təqib edir. Şikayətçi ananın sözlərinə görə, 1997-ci ildə onun oğlu, III qrup gözdən əlil Məhəmməd Mirzəyev mövcud dəlil və faktların saxtalaşdırılması nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə güllənmə cəzasına məhkum edilib. Lakin sonradan bu hökm ömürlük həbs cəzası ilə əvəzlənib. Ana bildirir ki, Məhəmməd Mirzəyev qonşuluqda yaşamış 9 yaşlı qızın ölümündə təqsirli bilinib. Eyni zamanda da Rəna Mirzəyeva bu ittihamın yalan olduğunu, hadisədən bir neçə müddət sonra isə, həmin uşağın əslində onlarla bir həyətdə yaşamış doğma dayısının idarə etdiyi avtomobillə vurulduğunun belə aşkara çıxdığını iddia edir. Lakin ananın sözlərinə görə, bu fakt aşkarlandıqdan sonra uşağın ölümünə səbəb olmuş şəxs ölkədən qaçaraq, məsuliyyətdən yayınmışdır. Məhəmməd Mirzəyev isə, artıq 18 ildir ki, törətmədiyi cinayətə görə, Qobustan qapalı həbsxanasında cəza çəkir. Ananın dediklərinə görə, bu həbslə bağlı onun bütün digər ailə üzvləri də uzun müddət müxtəlif təqib və təzyiqlərə məruz qoyulublar. Həmçinin Rəna Mirzəyeva bu gün də oğlunun cinayət işinə yenidən baxılacağına və Məhəmməd Mirzəyevin nəhayət ki, bəraət alacağına hələ də ümidlər bəsləyir. Lakin, bütün bunlarla yanaşı, Mirzəyevlər ailəsinə əlavə sıxıntılar yaşadan daha bir məqam da Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin fəaliyyəti ilə bağlı olub. Belə ki, Rəna Mirzəyevanın sözlərinə görə, onsuz da son dərəcə ağır durumda olan bu ailənin sosial yardımları, əlillik təqaüdləri də məhz Ağcabədi rayon ƏSMM-nin müdiri Əbülfət Qasımovun, sonradan isə Qaradağ rayon ƏSMM-nin Zümrüd adlı əməkdaşının yol verdikləri qanunsuzluqlar səbəbindən illər boyu mənimsənilib. İlk növbədə şikayətçi bildirir ki, hal-hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən oğlu Məhəmməd Mirzəyev gözdən ikinci qrup, sonradan 3-cü qrup əlil kimi 1993-cü ildə müddətsiz pensiyaya çıxarılıb və o, həbs olunan günə qədər, yəni 1997-ci il may ayının 30-u tarixinədək, 4 il 5 ay ərzində müddətsiz pensiya alıb. Ancaq Məhəmməd Mirzəyevin pensiya sənədlərini Ağcabədi rayon ƏSMM-nin müdiri Əbülfət Qasımov istintaq orqanlarına vaxtında təqdim etməyib. Bundan sonra isə, gecikmə ilə təqdim olunan xəstəlik kağızı və Göz xəstəlikləri inistitutundan verilən arayış istintaq sənədlərinə əlavə edilməyib və hökmdə dənəzərə alınmayıb. Digər tərəfdən də Rəna Mirzəyevanın məhkum oğlu, 1997-ci ildən 2006-ci ilədək dövlət tərəfindən verilən pensiya pulunu da ala bilməyib. Şikayətçi deyir ki, bu barədə Ədliyyə nazirinə, Penitensiar Xidmətin rəhbərliyinə və Qobustan qapalı həbsxanın rəisinə dəfələrlə müraciətlər olunub. Oğlunun pensiya sənədlərini isə yenidən toplanaraq aidiyyatı təşkilatlara göndərilib. Uzun çəkişmələrdən sonra nəhayət ki, Məhəmməd Mirzəyevə aid pensiya sənədləri Ağcabədi rayon ƏSMM-nin 2008-ci il 18 dekabr tarixli, 413 saylı məktubuna əsasən, məhkum əlilin cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə, Qaradağ rayon ƏSMM-nin ünvanına göndərilib. Burada isə artıq Qaradağ ƏSMM-nin Zümrüd adlı əməkdaşı Məhəmməd Mirzəyevin pensiya sənədlərini gecikdirərərək, dövlət tərəfindən ona sonrakı müddətdə verilən pensiya pullarının gec alınmasına səbəb olub. Şikayətçi deyir ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmağına, məhkum oğlunun 9 il ərzində ala bilmədiyi pensiya pulları barədə şikayət etməsinə baxmayaraq, hələ də müsbət nəticələr əldə olunmayıb. Rəna Mirzəyeva gah Ağcabədi rayon ƏSMM-nə, gah da Qaradağ rayon ƏSMM-nə yönləndirilsə də, Məhəmməd Mirzəyevin ala bilmədiyi küllü miqdarda pensiya pullarının kimin tərəfindən mənimsənildiyini hələ də aydınlaşdırılmayıb. Artıq qeyd olunduğu kimi Mirzəyevlər ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Anadan gəlmə şikəst, I qrup əlil olan qızı Sevincin mütəmadi müalicəyə ehtiyacı olduğunu bildirən Rəna Mirzəyeva bunu da vurğulayıb ki, onları hətta sosial yardımdan da mərhum ediblər. Şikayətçinin sözlərinə görə, Ağcabədi rayon ƏSMM-nin əməkdaşları, Mirzəyevlərin sosial yardım pulunu almaq üçün istifadə etdikləri kartı dəyişmək adı ilə götürərək, uzun müddət qaytarmayıblar. Sonradan məlum olub ki, Mərkəzin əməkdaşları tərəfindən onların ailəsinə çatacaq 6 aylıq sosial yardım mənimsənilib...

Səlim Müslümovun Ağcabədidəki adamına qarşı ittiham var...

  • 25-06-2015, 13:25
  • 873


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI