Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEYAğdam rayon Orta Qərvənd kəndində Aprel döyüşləri zamanı zərər görmüş ev hələ də təmir edilməyib.

Bu barədə Yenicag.az-a həmin evin sahibi olan Səlimov Hüseyn İbiş oğlu məlumat verib.

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY
Ev sahibinin sözlərinə görə, Aprel döyüşlərindən sonra zərər görmüş evləri bərpa etmək üçün gəlirlər, söz verirlər, ancaq heç nə etmirlər.

Səlimov Hüseyn bildirib ki, bu barədə dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi aylardır vəd verir ki, evi təmir edəcəklər, ancaq verdikləri vəd elə sözdə qalır. Evimi hər dəfə təmir ediləcək evlər siyahısına salırlar, təmir vaxtı gələndə isə evimə yaxın gəlmirlər. Niyə, səbəb nədir, bilmirəm. Prezident İlham Əliyev Ağdam rayonunda evlərin təmiri üçün 3 milyon manat pul ayırmışdı. O pullar hara xərclənib?”

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY
Səlimov Hüseyn imkansızlıqdan Aprel döyüşləri vaxtı zərər çəkmiş evini təmir edə bilmədiyini deyib:

“Bu gün-sabah Aprel döyüşlərinin 3 ili tamam olacaq, ancaq hələ də o vaxt zərər görmüş evim təmir edilmir. Özüm mülki əliləm, işləmirəm. İmkanım çatsa, heç bunlara ağız açmazdım”.

Qeyd edək ki, Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılıb. (Yenicag.az)

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY
Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY

Ağdam icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - GİLEY

  • 29-03-2019, 13:16
  • 112


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
  2. Azərbaycanda oğlanlar 14 yaşlı qızı zorlayıblar- məktəbdə ŞOK OLAY
  3. 9 yaşlı Göyçay sakini Prezidentə müraciət etdi-ÇÖRƏK PULU TAPA BİLMİRİK
  4. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  5. Nazpərinin qardaşı qızı növbəti RÜSVAYÇI FAKTLARI AÇDI: “Diskotekalarda...”
  6. İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir
  7. Əli İnsanov vacib görüşlər keçirir
  8. Sabah hava necə olacaq?- PROQNOZ
  9. Baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
  10. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI