Bu gün siyasi partiyalara verilən vaxt başa çatır

679 1-04-2019, 10:00 cemiyyet

Bu gün siyasi partiyalara verilən vaxt başa çatırBu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

“Report”un xəbərinə görə, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan indiyədək 23-ü MSK-ya maliyyə hesabatı verib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, “Birlik” Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Qorqud” Partiyasıdır.

Hesabatın təqdim edilmə müddəti bu gün saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Xeberdar.net

XƏBƏR LENTİ