Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralandığı ağır qəza… –DİN xəbər yaydı

682 2-04-2019, 13:09 hadise

Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralandığı ağır qəza… –DİN xəbər yaydıDaxili İşlər Nazirliyi (DİN) aprelin 1-də Bakıda iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Xeberdar.net-əverilən məlumata görə, Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb: “R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb”.

Nəsimi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ