Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib – VİDEO

722 3-04-2019, 09:50 hadise

Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib – VİDEOMədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

“Report”un müxbiri xəbər verir ki, hadisə yerinə “Təcili tibbi yardım” maşınları cəlb olunub. Xəsarət alan yoxdur.

XƏBƏR LENTİ