Hamını özünüz kimi səfərbər eləməsəniz, güllələnəcəksiniz, Bəy!

Hamını özünüz kimi səfərbər eləməsəniz, güllələnəcəksiniz, Bəy!Aydın Canıyev yazdı!

Iqbal Agazade, Sizi güllələyəcəklər!

"Ümid" sədrinin çox qısa bir çıxışının (1 dəqiqə 22 saniyə!) videosuna baxdım və... anidən ağlımdan keçdi başlığa çıxartdığım bu fikir! Niyə?
Bu xalq və bu hökümət kimin haracan ciddi, səmimi, iradəli və... qətiyyətli olduğunu bilir. Əli Kərimli 100 il çıxış eləsin, qalanları da 200 il, bu hakimiyyət bilir ki, qətiyyət deyilən şey bu adamlarda yoxdur! Və mən hamının diqqətinə çatdırmaq istəyirəm: bu hakimiyyət QƏTİYYƏTİN nə olduğunu bilir. Çünki Heydər Əliyev hakimiyyəti QƏTİYYƏTİYLƏ ələ ala bildi. Heydər Əliyevin ovaxtkı düşmənləri - həm hakimiyyətdə, həm də müxalifətdə, - indiki "bandotdel"dən, xüsusi cəza dəstələrindən, digər güc strukturlarından min dəfə güclü və zorba, üstəlik də başıpozuq idi. Amma Heydər Əliyevin qətiyyəti... məhz qətiyyəti... bir daha və yenidən... qətiyyəti həm hakimiyyətə çevrildi, həm şöhrətə, həm də sərvətə! İndi bizim gözdən salmağımıza baxmayın ki, ay hakimiyyətdəkilər yararsızdır, ay nə bilim nə, bu hakimiyyətdə bu hakimiyyəti qorumaq üçün minlərlə, onminlərlə qətiyyətli simpatizan var - nə dəxli var ki, hakimiyyət korrupsiyaya, rüşvətə, tayfa-klan məngənəsinə pərçim! Adamlar, qətiyyətli adamlar BU HAKİMİYYƏTİ istəyir və qoruyur. İqbal Ağazadə bunu məndən gözəl və daha ətraflı bilir, amma və lakin... qəfil bəyanat verir!
1995-ci ilin martın 17-dən bu yana ilk siyasidir ki, belə QƏTİYYƏTLİ ÇIXIŞINI-bəyanatını dinlədim! İqbal Ağazadə populist və "desant", eləcə də "kukla" deputatlardan və partiya sədrlərindən deyil, olmadığından yana, bu qədər ciddiyə aldım!
1 dəqiqə 22 saniyə!
25 ilə heç kimin BU QƏTİYYƏTLƏ səsləndirmədiyi bir qətiyyətlə!
Fəqət bu bəyanatı səsləndirən İqbal Ağazadə bir şeyi bilmir! Bilmir ki, o, bu qətiyyətdə təkdir və onu güllələyəcəklər! Onu ona görə güllələyəcəklər ki, özünü İLAN KİMİ ona atılacaq güllənin qabağına heç kimin atmayacaqlarını bilirlər!
Ona görə və özü də çox rahat... güllələyə biləcəklər ki, bu ölkədə hətta regional təəssüb öldürülüb hər birində!
Elementar bir fakt deyirəm: Sabir Rüstəmxanlını tərifləyəndə Mətləb Mütəllimli dodaq büzürdü, Mirmahmud Mirəlioğlunu tərifləyəndə Sabir Rüstəmxanlı, Fəzail İbrahimli haqqında xoş söz deyəndə Musa Qasımlının acığı gəlir, Mir Şahin haqqında yazanda heç kimin məclisində ağsaqqal olmayan Elman Eldaroğlu şəbəkə yaradıb söydürür.
Adam peşmandır öz rayonunun ağsaqqalı haqqında bir isti söz yazsın - o saat düşürlər ki, yerlibazlıq edir.
Adam peşmandır etnik zəmində bir xalqın dərdini desin - separatçı adıyla adamın anasının tumanınacan gedib çıxırlar!
Adam peşmandır hakimiyyətdən və müxalifətdən olmayan bir vətənpərvər haqqında ürək sirrini açsın - adamı vətənə xəyanətəcən aparıb ittiham edirlər!
Bilirsiniz niyə?
Bu hakimiyyət regional balansla, etnik və separatçı ittihamla rəqiblərini zərərsizləşdirib və bilir ki, bu xalq bu "dudka"ya, bu "tırka"ya gedir. İstənilən rəqibi bu ittihamlarla məhv etmək olur - özləri bunun üstündə bərqərardır axı!
Və... İqbal Ağazadə... bütün Azərbaycan istəyir!
Və... İqbal Ağazadə birdən-birə bu qətiyyətlə külli-Qarabağın liderinə çevrilməyin bir addımlığındadır!
Və... dəqiq bilirlər ki, nəinki külli-Qarabağ, heç İqbal bəyin kəndçisi Bahəddin Həzi(yev) onun bu qətiyyətinin təntənəsinə "ilkin tibbi yardım" göstərməyəcək! Bu hökümət gözəl bilir ki, ayağının haqqından keçənin torpaq təəssübünə çiş eləməyə heç həvəsi olmaz!
İqbal Ağazadə bilmir! Bilsəydi... əvvəl-əvvəl bütün azərbaycanlıları və bütün qarabağlıları olmasa da, təkcə Füzuli rayonunun övladlarının hamısının onun özü kimi düşünməsinə səfərbər edər və buna nail olardı - ağdamlı Bəxtiyar Sadıqovun torpağa görə bu hakimiyyətə qarşı çıxacağını düşünüb onu İqbal Ağazadəylə bir sırada təsəvvür etmək qeyri-mümkündür! Bəxtiyar Sadıqov milyon il yaşasa da, bu hakimiyyətin Qarabağ siyasətinə nəinki dildə, heç ürəyində etiraz eləməz!
İqbal Ağazadəni güllələməyə hamı onun kimi səfərbər olanda cəsarət olmaz! Yoxsa ki, İqbal Ağazadə ha fikirləşsin ki, mən öləndən sonra davamçılarım olacaq!
Olmayacaq İqbal Ağazadə! Olmayacaq!!! Necə ki, Ramiz Qəmbərovdan sonra Şuşanı qorumaq qətiyyəti olan olmadı!
Hamını özünüz kimi səfərbər eləməsəniz, güllələnəcəksiniz, Bəy!
Üstəlik də, bir fakt deyim!
İnbox-da, ya da görüşəndə adlarını deyərəm, amma bura yazmıram. 2002-ci ildə bir layihə istədim həyata keçirim buraxdığım "Üçüncü Azərbaycan" qəzetində. O layihənin mahiyyəti oydu ki, ölkənin üzdə olan jurnalistləri işğal altında olan kəndlərindən, şəhərlərindən elə danışsınlar ki, bütün xalq ayağa qalxsın o kəndin (qəsəbənin, şəhərin) azad olunması üçün!
Təsəvvür edirsinizmi, İqbal Ağazadə, məclislərdə guya Ağdam adı çəkiləndə gözündən yaş gələn birisi qayıtdı ki, mən ağdamlı deyiləm ki, dədəm orda işləməyə gəlib, çoxlu dostlarımız var, dədəmin hörməti çox olub deyə, ağdamlılar məni özününkü hesab edir, mən də bu xətirə Ağdamdan sevgi ilə danışıram, yazıram!
Təkcə Hikmət Sabiroğlu danışdı - o yazı olan qəzet nüsxəsi Əvəz Zeynallıdadır, alın, oxuyun!
Biri isə bilirsinizmi nə dedi? "Aydın Canıyev, mən kəndimi unutmuşam, mənə kəndim lazım deyil, sənə mənim kəndim lazımdır?"
Nəyə görə - məni kişimi saymadı, jurnalistmi saymadı, qəzetimi qəzetmi saymadı, fərqi yoxdu, bu faktlar ola bilməzdi: çünki, mənə Ustad deyənlərin qəzetlərində, məni özündən böyük kişi bilənlərin əlinin altında yazmışdı da, işləmişdi də, - elə dedisə, dedi, amma dedi!
Xatırladıram: 2002-ci ildə olub bu söhbət! İndi 2019-cu ildir!
Fərqindəsinizmi, torpaq uğrunda savaş üşün, torpaq uğrunda ölmək üçün Sizi qoruya, Sizə qoşula biləcək döyüşçülər 25 ildən çoxdur ki, dünyaya gəlmir!?
Torpaq üçün savaşa, döyüşə qalxmaq əmri verən ordu rəhbəri, komandir, sərkərdə olmadığından, Siz o bəyanatı vermisiniz!
Çooox qətiyyətli bəyanatdır!
Deiym də ki, olduqca ürəyimdən olan bəyanatdır!
Deyim də ki, 25 ildir eşitmək istədiyim bəyanatdır!

Etibar Məmmədova elədiyim təklifi sizə də edirəm: internet resurslar imkan verir ki, o bəyanatı xüsusi təqdimatda bir daha paylaşasınız və hər bir azərbaycanlıya üzünüzü tutub deyəsiniz, soruşasınız ki, kim razıdır, razı olan şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını, atasının adını yazsın o linkin altından!
Qarabağda AZƏRBAYCANLI QƏTİYYƏTİNİN TƏNTƏNƏSİ ümidi ilə, ÜMİDin başqanı İqbal Ağazadə, Sizin o bəyanatın təntənəsi üçün qətiyyətin bir nümayəndəsi mən! Hazıram!

Hamını özünüz kimi səfərbər eləməsəniz, güllələnəcəksiniz, Bəy!

  • 3-04-2019, 11:13
  • 148


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI