İmişli İcra hakimiyyətinin oriyental oynayan maralı Ziya Paşayev iş adamlarını təhdid edir

794 3-04-2019, 11:15 gundem

İmişli İcra hakimiyyətinin oriyental oynayan maralı Ziya Paşayev iş adamlarını təhdid edirArtıq bir neçə ildir ki, ölkə Prezidentinin təşəbbüsü ilə orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” adlı tur-aksiyalar təşkil edilir. Bu tip aksiyaların yeniyetmə və gənclərin həyatında, ölkənin tanıtımında xüsusi əhəmiyyəti var. Təəssüflə qeyd edək ki, kifayət qədər ciddi ideoloji yükü olan bu tip tədbirlərə bəzən qeyri-ciddi, təsadüfi adamlar rəhbərlik edir.
Ötən il İmişli rayon orta məktəb şagirdləri üçün də təşkil edilən tur aksiya zamanı baş vermiş rəzalətə ölkə ictimaiyyəti də şahid olmuşdu. Belə ki, rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlisafa oğlu bu aksiyaların birində avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətlər etmişdi.

Yaşına və tutduğu dövlət görəvinə baxmayaraq məktəblilərin qarşısında qeyri-ciddi hərəkətlərə yol verən - oriyental rəqs edən bu şəxslə bağlı video görüntülər bir müddət media gündəmini zəbt etsə də, İmişli rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu şəxsin ikrah doğuracaq hərəkətləri ilə bağlı hər hansı tədbir görmədi. Əksinə, dövlət vəzifəsinə qeyri-ciddilik gətirən bu şəxsin görəvində bu günə kimi qalmasına şərait yaratdı. Və bu cür qeyri-ciddi vəziyyətə Prezidentin əyalət təmsilçisinin sıradan bir iş kimi baxması əslində düşündürücü amildir. Təsadüfi deyil ki, azyaşlılar qarşısında qeyri-ciddi hərəkətlərə yol vermiş bu şəxs rayonda “İcra hakimiyyətinin oriyental oynayan maralı” kimi xarakterizə edilir.
Rayon ictimaiyyətinin təbirincə desək “oriyental oynayan maral”la bağlı bu gün redaksiyaya ilginc məlumat daxil olub. Məlumatı verən mənbənin bildirdiyinə görə Ziya Paşayev rayonda fəaliyyət göstərən ayrı-ayrı iş adamlarını təhdid etməklə məşğuldur. Bütün eyiblərinə rəğmən Vilyam Hacıyevin onun üçün yaratdığı şəraitdən istifadə edən Ziya Paşayev həmin iş adamlarına müxtəlif mətbuat orqanlarında guya onlar haqqında tənqidi məqalələrin dərcinə hazırlıq getdiyi ilə bağlı “anonslar” verir. Əcaba sual olunur, oriyental oynayan məmur bu saytların gündəlik planlamasından necə xəbər tutur? Və ya özəl müəssisə ilə bağlı dərc ediləcək məqalə haqqında nə üçün İmişli rayon İcra Hakimiyyətinin rəqqas sektor müdirinə öncədən məlumat verilir? Bəyəm həmin özəl subyektin mətbuat xidməti və ya başqa bir görəvlisi yoxdurmu? Buradan görünür ki, Ziya Paşayev oriyental rəqqas olmaqla yanaşı, həm də “media novatoru”dur. Bu günə qədər təsadüf olunmayan forma icad edib. “Haqqında yazı yazacaqlar, hələ ki, qarşısını mən almışam”. Bu hal “Arşın mal alan” filimində səslənən müsiqinin sözlərini xatırladır: Ey kim var orda aç qapını, gəlim səni öldürüm”. 30 ilə qədər jurnalist fəaliyyətimizə söykənərək deyə bilərik ki, dünyanın heç bir yerində bu cür “xəbərdarlıq” olmur. Haqqında hər hansı araşdırma dərc ediləcək müəssisə sahibi, şəxs və ya şəxslər araşdırmanın səhihliyi naminə yalnız onlara müxbir tərəfindən ünvanlacaq suallar əsnasında öncədən xəbər tuta bilərlər. Əks halda isə...
Əks halda bu məsələdə “şəxsi məqsədlər” ön plana keçir. Yəni bir müəssisə və ya şəxs haqqında dərc ediləcək “araşdırma” ilə bağlı öncədən həmin iş adamına “məlumat” verən şəxs və “mətbuat nümayəndəsi” ondan əsassız gəlir əldə etmək istəyir. Sadə, el dili ilə desək nə isə maddiyyat umur. İmişlidəki proseslə bağlı isə əslində həmin mətbuat nümayəndəsi arxa planda qalmaqla özünü sadəcə sığortalayıb. Hər hansı danışıqlarda iştirak etmir. Və yenə də... Yenə də ortada Ziya Paşayevdir. Çoxbilmiş quş dimdiyindən tələyə düşər deyirlər. Lakin bu dəfə tələ olmadı, sadəcə quşlama olub. Həm də...
Söz Vilyam Hacıyevindir
P.S. Həmin iş adamlarının adları da redaksiyaya məlumdur. Sadəcə bəzi nüansları nəzərə aldığımız üçün hələ ki, ad çəkməyə lüzum görmədik. Deyilənə görə Ziya Paşayev öz fitini gözəl tanıyır.
Mövzuya qayıdacağıq.
Redaksiya adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

XƏBƏR LENTİ