“Türkiyənin etibarını zədələməyin” –İmamoğlu Ərdoğanın 25 il əvvəlki fotosu ilə canlı yayıma çıxdı

671 3-04-2019, 15:52 dunya

“Türkiyənin etibarını zədələməyin” –İmamoğlu Ərdoğanın 25 il əvvəlki fotosu ilə canlı yayıma çıxdıİstanbulda 8 rayonda səslərin sayı təkrar sayıldığı bir məqamda CHP-li Əkrəm İmamoğlu canlı yayıma çıxıb.

Strateq.az xəbər verir ki, o, əlində 25 il əvvəl İstanbul bələdiyyəsinə keçirilən seçkidə qalib gəlmiş Ərdoğanın əllərini yuxarı qaldıran Ərbakanla birgə fotonu nümayiş etdirib:

“Mən prezident Ərdoğandan İstanbuldakı proseslərə müdaxilə etməsini istəyirəm. Bu şəhərdəki seçki dünya miqyasında izlənilir. Ona görə prosesin narahatedici ortama sürüklənməməsi üçün Ərdoğanın ortaya iradə qoyması vacibdir. Bir an öncə bu prosesi bitirib, bir-birimizi təbrik etmək, iqtisadiyyatımızdakı sıxıntıları, istehsalı, bəzi milli məsələləri həll etmək gərəkdir”.

Sözlərini davam etdirən İmamoğlu 1994-də Ərdoğanın İstanbuldakı qələbəsini xatırladıb.
“Türkiyənin etibarını zədələməyin” –İmamoğlu Ərdoğanın 25 il əvvəlki fotosu ilə canlı yayıma çıxdı
“25 il əvvəl belə idi. İndi 2019-dayıq. Hansı dönəmi yaşayırıq? 25 il sonra qazananın əlini qaldırmaq bu qədər zordumu? Gəlin əlimizi qaldırın, biz də bu cənnət vətənimizdə hörmətli vətəndaş olaraq vəzifəmizə başlayaq”.

Daha sonra o, “Biz ədalət istəyirik, 16 milyonun vicdanı ilə keçirilmiş seçkinin sonuncunun ədalətli elan olunmasını tələb ediirk” – deyə bildirib.

Əlavə edib ki, prosesi çox yaxından təqib edirlər: “CHP var, biz varıq. Mən varam. Çox qərarlı şəkildə sistemi təqib ediirk. Biriləri sanki əlindən oyuncağı alınmış kimi davranmasın, Türkiyənin etibarını zədələməyin. Hər kəs görür, bu, 16 milyona xəyanət olar. Təzyqilərlə bir yerə vara bilməzlər. Buradan Baxçalıya səslənirəm: ‘Bir səs yetərlidir” dediniz, doğru. Ancaq siz indi bu prosesə dəstək verməlisiniz”.

XƏBƏR LENTİ