Xəstə yaxınlarından baş həkimə AĞIR İTTİHAMLAR - Neyrocərrahiyyədə kabus

Xəstə yaxınlarından baş həkimə AĞIR İTTİHAMLAR - Neyrocərrahiyyədə kabusBərdə rayon sakini Hadıyev Natiq anası Nəzakət Hacıyevanın Respublika Neyrocərrahiyyə Xəstəxanasında səhv əməliyyat olunduğunu iddia edir.

Natiq Hacıyevin sözlərinə görə, həkimlər əvvəl anasının sağalacağını desələr də, əməliyyatdan sonra vəziyyətinin pisləşdiyini bildirərək evə aparmalarını istəyiblər.

Xəstənin qohumları bildirir ki, əməliyyat üçün onlardan böyük məbləğdə pul istəyiblər.

Bundan başqa, baş həkim Kabus Dadaşov onun yaxınlarına xəstənin reanimasiyada saxlanıldığını, buna görə yanına heç kimin buraxılmadığını deyib.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov ilə əlaqə saxlayıb.

Həkimin sözlərinə görə, pasiyent xəstəxanaya gətirilən zaman vəziyyəti olduqca ağır olub:

“Xəstə arxa kəllə çuxurunun həcmli törəməsi ilə bizə müraciət edib. Ağır şiş xəstəliyidir. 5 aya yaxın müddətdir ki, bizim xəstəxanada müalicə olunur. Biz xəstəni əməliyyat etməzdən öncə ailə yaxınlarına mövcud vəziyyətlə bağlı məlumat vermişik. Əməliyyatın riskli olduğunu da bildirmişik.

Onlar bütün bunlara rəğmən əməliyyatın gerçəkləşməsinə razılıq verdiklərinə dair sənəd imzalayıblar. İlk əməliyyat normal keçib. Sadəcə olaraq xəstənin vəziyyəti stabil qalmayıb. Şişlərin yenidən əmələ gəlmə ehtimalı da var. Əməliyyatdan sonra xəstənin başına su yığılmışdı.

Bu xəstəliklərdə əməliyyatdan sonra bənzər hallar rast gəlinəndir. Ailəsinin razılığı ilə ötən il yenidən əməliyyat edərək onu vəziyyətdən çıxarmışıq. Sadəcə olaraq xəstənin vəziyyəti hələ də ağır olaraq qalır, həyati təhlükəsi davam edir”.

Ailə yaxınlarının xəstəni görə bilmədiklərinə dair iddialarına münasibət bildirən həkim, bunun əsassız olduğunu bildirib:

“Xəstə reanimasiyada saxlanılır. Əslində reanimasiyadakı xəstənin yanına heç kim buraxılmamalıdır. Lakin biz hər gün yalnız bir nəfər ən yaxın adamın bir neçə dəqiqəlik xəstə yanına girməsinə icazə veririk.

Ümumiyyətlə ailə yaxınları xəstənin yanına tez-tez gəlmir. Bir oğlu gəlirdi. Onlar reanimasiya şöbəsində tibb bacısına deyib, bir neçə dəqiqəlik xəstəni görə bilirlər. Biz ailə yaxınlarını xəstənin yanına niyə buraxmayaq ki?”

Qarşı tərəf iddia edir ki, həkim hər gün 200 manat civarında dərman müalicəsi yazır. Buna cavab olaraq həkim qeyd edib ki, xəstənin vəziyyətinə uyğun müalicə aparılır:

“Xəstənin vəziyyəti kritikdir. Müalicə, dərmanlar və doz vəziyyətə uyğun olaraq təyin edilir. Biz bu dərmanları təyin edirik. Amma ailə yaxınlarının dərmanları alıb-almamaq kimi azad hüququ var.

Ailə yaxınlarına da demişik, əlimizdə olan dərmanlarla müalicəni davam etdiririk. Lakin ümidimiz günbəgün azalır. Xəstənin müalicəyə cavab verməsi əvvəlki dövrlərə nisbətən zəifləyib”.

Xəstə yaxınlarından baş həkimə AĞIR İTTİHAMLAR - Neyrocərrahiyyədə kabus

  • 3-04-2019, 15:58
  • 136


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI