SEÇKİYƏ 5 GÜN QALMIŞ NETENYAHU PUTİNLƏ GÖRÜŞƏ UÇUR – Görüşün mövzusu açıqlanmır

570 3-04-2019, 16:56 dunya

SEÇKİYƏ 5 GÜN QALMIŞ NETENYAHU PUTİNLƏ GÖRÜŞƏ UÇUR – Görüşün mövzusu açıqlanmır«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netenyahu aprelin 4-də Moskvaya gələcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. «Röyter» agentliyinin məlumatına görə, bu barədə Baş nazirin dəftərxanası xəbər verib. Xəbərdə iki liderin görüşünün ehtimal olunan mövzuları dəqiqləşdirilmir.

Sözügedən görüş İsraildə parlament seçkilərinə (aprelin 9-u) 5 gün qalmış keçiriləcək. Bu seçkilərdə Netenyahu və partiyası «Likud» sol-mərkəzçi «Kaxol lavan» (göylər və ağlar) blokunan şəxsində ciddi rəqiblə qarşı-qarşıya gələcək.

Gözlənilən səfər barədə qərar Putinlə Netenyahunun telefon danışığından bir gün sonra verilib. Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, danışıq zamanı hərbi istiqamətli təmaslar da daxil olmaqla, ikitərəfli əməkdaşlığın aktual məsələləri və Yaxın Şərq bölgəsindəki vəziyyət müzakirə olunub.

İsrail hökumətinin dəftərxanası bu təcili və əvvəlcədən anons edilməyən səfərin səbəbləri barədə heç bir şərh vermir.

Fevralın sonuda Netenyahu artıq Rusiya paytaxtında olub və Putinlə danışıqlar aparıb. Danışıqların mövzusu böyük hesabla, Suriyadakı vəziyyət olub.

Xeberdar.net

XƏBƏR LENTİ