Özünü yandıran Sumqayıt sakini xəstəxanada öldü

645 6-04-2019, 09:47 hadise

Özünü yandıran Sumqayıt sakini xəstəxanada öldüAprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib.

ONA-nın yerli bürosunun məlumatına görə, aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.

Bədəninin 70 faizi yanan K. Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.

Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ