Abşeronda SEVİNC SARAYI Uşaq Bağçası fəaliyyətə başlayıb-Video

987 6-04-2019, 20:39 cemiyyet / video

Abşeronda SEVİNC SARAYI Uşaq Bağçası fəaliyyətə başlayıb-VideoAbşeron rayonunda yeni uşaq bağçası fəaaliyyətə başlayıb. Rahat və münasib şəraitdə tərtib edilən "Sevinc Sarayı" Uşaq Bağçası müasir standartlara tam cavab verir. Uşaq bağçası Masazır kənd Yeni Bakı Yaşayış Komlleksi əırazisində fəaliyyət göstərir.
Xeberfakt.az bildirir ki, Uşaq bağçasının müdiri Əsmər Məmmədovanın bildirdiyinə görə bağça təzə açılıb, bir aydır ki fəaliyyətə başlayıb:"Bağçamızda dörd qrup fəaliyyət göstərir. Nəzərdə tutmuşuq ki qrupları daha da çoxaldaq. Müəllimlərimiz hər gün uşaqlara yeni biliklər aşılayırlar. Biz istəyiik ki, uşaqlarımız gələcəyə hazır vəziyyətdə olsunlar.Bağçamızda psixoloji kurslar, seminarlar tez-tez keçirilir, həm valideynlərlə, həm uşaqlarla."-deyə Ə.Məmmədova bildirib.
Burada uşaqların elmi zehni inkişafı, təlim-tərbiyyəsinin daha effektli olması üçün dərslər bir neçə dildə tədris edilir. Eləcə də tez-tez uşaqların zövqünü oxşayan şən və musiqili oyunlar, viktorina və səhnələr nümayiş etdirilir. Peşəkar pedoqoqların çalışdığı uşaq bağçası hazırda 4 qrupla fəaliyyət göstərir. Uşaq bağçası həftənin 5 günü olmaqla səhər saat 8-dən axşam saat 6-ya kimi fəaliyyət göstərir

XƏBƏR LENTİ