Televiziya rəhbəri olan Hacı öz əməkdaşlarına nələr təklif edib – BAKIDA ŞOK OLAY

714 8-04-2019, 17:03 cemiyyet / gundem

Televiziya rəhbəri olan Hacı öz əməkdaşlarına nələr təklif edib – BAKIDA ŞOK OLAY

Bakıda fəaliyyət göstərən “Xalq TV” internet televiziyasının ofisində biabırçı hadisə yaşanıb. Cümhuriyyət.az-a daxil olan məlumata görə, qız əməkdaşların anaları ora hücum edib.

Onlar “Xalq TV”nin rəhbəri Hidayət Möhnətova qarşı inanılmaz iddialar səsləndirib. Valideynlər televiziya rəhbərinin onların övladlarına əxlaqsız təkliflər etdiyini deyib. İddiaları əsassız adlandıraraq onları ofisdən uzaqlaşdırmaq istəyən Hidayət Möhnətovla valideynlər arasında mübahisə yaranıb. Qız əməkdaşların anaları ilə yaranan mübahisə daha sonra dava-dalaşa çevrilib. Valideynlər televiziya rəhbərinə hücum edərək, onun əynindəki paltarlarını cırıblar. Onların əlindən çıxan Hidayət Möhnətov arxa qapıdan qaçıb. Hirsi soyumayan valideynlər daha sonra ofisin altını üstünə çeviriblər. Avadanlıqlar sındırılıb, texnikaya və inventara ciddi xəsarət yetirilib. Əldə etdiyimiz məlumata görə, Hidayət Möhnətov qaçandan sonra ofisdə onun Mənsurə adlı işçisi də hücuma məruz qalıb. Həmin xanımın Hidayət Möhnətovla isti münasibətlərdə olduğunu bildirən valideynlər onu döyüb, telefonunu əlindən alıb, daha sonra isə iddialarını öz Facebook səhifəsində paylaşmağa qızı məcbur ediblər.

Əldə etdiyimiz məlumata görə, bu, “Xalq TV”nin ofisinə ilk belə basqın
deyil. Bundan əvvəl də oxşar hadisələr baş verib. Hətta iddia edilir ki,
bir neçə ay öncə yenə də rəhbər tərəfindən yeni işə qəbul olunan bir qıza eyni xarakterli təklif edilib. Qız həmin an Hidayət Möhnətovun səsini telefona yaza bilib və daha sonra onu əxlaqsızlıqda suçlayaraq şikayətçi olacağını deyib. Bundan qorxuya düşən televiziya sahibi ona böyük miqdarda pul verib və qız elə həmin gün ofisi tərk edib. Baş verənləri öyrənən bir neçə əməkdaş da həmin ofisdə çalışmaq istəmədiklərini bildirərək, işdən ayrılıblar.

Xatırladaq ki, Hidayət Möhnətov Həcc ziyarətində olub. O, əslən Şamaxıdandır və doğulduğu Şirvan torpağı haqqında kitab müəllifidir. Hacının qardaşı və oğlunun Bakıda böyük şirkət sahibləri olduğu iddia edilir və “Xalq TV”nin də məhz onlar tərəfindən maliyyələşdirdiyi deyilir. Həmin şirkətlər tərəfindən paytaxtda çox sayda hündürmərtəbəli binaların inşa edildiyi bildirilir.

Baş verən biabırçılıqdan Mətbuat Şurasına, şəxsən millət vəkili Əflatun Amaşova şikayət ediləcəyi ehtimalı böyükdür. Bunun nə ilə nəticələnəcəyi isə maraqlıdır.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Valideynlərin və Hacı Hidayət Möhnətovun mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

Müəllif: Ehtiram

XƏBƏR LENTİ