Aİİ-də seminar: İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış

751 8-04-2019, 12:54 cemiyyet

Aİİ-də seminar: İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxışAzərbaycan İlahiyyat İnstitutunda “İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ali təhsil müəssisəsinin müxtəlif mövzularda ardıcıl təşkil etdiyi dəyirmi masa, seminar, treninq və görüşlərin xüsusi rol oynadığını söyləyib. Qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün çalışmalı, bu yöndə fəallıq göstərməlidirlər.

Seminarda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli “İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda çıxış edib. O bildirib ki, Şərqdə müxtəlif dini mədəniyyətlər mövcud olub ki, İslam mədəniyyəti bunlardan biridir. Bu din təkcə ərəblərin deyil, həmçinin İslamı qəbul etmiş türklərin, farsların, urduların və digər xalqların həyatında mühüm rol oynayıb. İslam dini yalnız ərəb mədəniyyəti çərçivəsində məhdudlaşmayıb, bu dini qəbul edən bütün millətlərin ortaq dininə çevrilib.

Faiq Ələkbərli vurğulayıb ki, türk xalqları İslam dəyərlərinin qorunub saxlanması və dünyada təbliğinə böyük töhfələr verib.

Tələbələrin qatıldığı seminar müzakirələrlə davam etdirilib.

Xeberdar.net

XƏBƏR LENTİ