“YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ…” – Məktəb direktorunun rüsvayçı səs yazısı yayıldı

970 8-04-2019, 14:10 cemiyyet / gundem

“YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ…” – Məktəb direktorunun rüsvayçı səs yazısı yayıldıXəbər verildiyi kimi ötən həftə 162 saylı məktəbin 3-cü mərtəbəsindən intihar məqsədi ilə özünü atan 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 6-da yerləşdirildiyi 1 saylı Şəhər Klinik Xəstaxanasında keçinib. Yeniyetmə qızın məktəb yoldaşları, yuxarı sinif şagirdləri tərəfindən müntəzəm olaraq təhqir edildiyi, ələ salındığı üçün intihar etdiyi üzə çıxıb. Bu haqda qızın anası mətbuata danışıb. O, bildirir ki, yuxarı sinif şagirdləri həmin məktəbə iki il əvvəl keçmiş qızını tez-tez ələ salıblar, ona alçaldıcı sözlər deyiblər. Bu haqda məktəbin müəllimləri və direktoru da xəbərdar olub. Amma heç bir tədbir görülməyib. Nəticədə Elina özünə qapanıb və bir dəfə intihara cəhd edib. Amma onu fikrindən daşındırmaq mümkün olub. İkinci dəfə isə artıq qızı xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni hüquq-mühafizə orqanları araşdırır. Məktəb direktoru Sevinc Abbasovanın da ifadə verdiyi bildirilir. Bu arada virtualaz.org xəbər verir ki, direktorun məktəblinin intiharı ilə bağlı onun ailəsini günahkar çıxarmağa yönəlmiş rüsvayçı səs yazısı da yayılıb.

Belə məlum olur ki, direktor hadisə ilə bağlı ona zəng vurmuş jurnalistə deyir: “Yazın ki, pozğun ailənin, uğursuz ailənin qızı olub. Anası yenidən ərə gedib, uşaqları var, ona görə də onunla maraqlanmayıb”.
162 saylı məktəbin direktoru Sevinc Abbasova











Bu faciə və direktorun rüsvayçı səs yazısı Azərbaycan məktəblərində təlim-tərbiyə işinin hansı səviyyədə olduğuna dair növbəti nümunədir. Direktorun yeniyetmənin məktəbdə müntəzəm ələ salınması, təhqir olunması ilə bağlı tədbir görmədiyi bir yana, Elinanın ailəsini “pozğun, uğursuz” adlandırır və məktəbdə baş vermiş cinayəti ört-basdır etməyə çalışır. Və bu direktor hələ də öz vəzifəsində qalmaqdadır.

Təhsil sahəsində ekspert Kamran Əliyev deyir ki, son bir neçə il ərzində orta məktəblərin inzibati binasında intihar halları dəfələrlə baş verib: 11 oktyabr 2018-ci il, nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. 25 fevralın 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Nəhayət 4 aprel 2019-cu il Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

“YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ…” – Məktəb direktorunun rüsvayçı səs yazısı yayıldı

“Hər 3 hadisə məktəbin 3 cü mərtəbəsində baş verib. Bu göstərir ki, bu ciddi siqnaldır. Yəni təzyiqə məruz qalan hər kəs edə bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir. Şagirdlər arasında aqressiv münasibətlər var. Baş verən hadisələrdən sonra, Təhsil Nazirliyinə təklif edirəm ki, bütün məktəblərə tələb qoysun ki, yuxarı mərtəbələrdə pəncərə bağlanmalı, açıq yer olmamalıdır. Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb bunu aradan qaldırmaq lazımdır. Burada tənəffüs vaxtı koridorlarda, xüsusi ilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır. Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmdə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır”, – Kamran Əsədov qeyd edir.
“YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ…” – Məktəb direktorunun rüsvayçı səs yazısı yayıldı











Digər təhsil eksperti Etibar Əliyev isə deyir ki, məktəb və valideyn arasında əlaqə zəifdir. Məktəb psixoloqları müasir uşaq psixologiyanı yaxşı bilmirlər: “Bu məsələdə konkret nəsə demək çox çətindir. Çünki intihar aktı fərd tərəfindən ani şəkildə həyata keçirilir. Mən məktəbin kameraları tərəfindən görüntülərə baxmışam. O yaxınlaşır, o tərəf-bu tərəfə baxır, insanlar seyrələndə özünü atır. Bu qız haqqında çoxlu neqativ fikirlər var – onun məktəbini dəyişməsi, normal həyat tərzi keçirməməsi, valideynləri tərəfindən atılması, hətta qəyyumluğa belə götürülməməsi faktı var. Amma dünya təcrübəsində belədir ki, uşağın məktəbdə olduğu dövrdə onun təhlükəsizliyinə, təhsilinə, tərbiyəsinə məktəb rəhbərliyi cavabdehlik daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində məktəb rəhbərliyi valideynlərlə hər gün yazışırlar, uşağın davranışı haqqında məlumat verirlər. Təəssüf ki, bizdə bu proses zəif gedir. Etiraf edək ki, məktəb psixoloqları müasir uşaq psixologiyasını zəif bilirlər, öz üzərlərində çalışmırlar”.

E. Əliyevin sözlərinə görə əslində məktəb psixoloqları davranışlarından şübhələndiikləri uşaqlarla daha çox məşğul olmalıdırlar.
“YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ…” – Məktəb direktorunun rüsvayçı səs yazısı yayıldı










Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə hazırda istintaq getdiyini, məsələnin araşdırıldığını dedi: “Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Təhsil İdarəsi birgə bu hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda fakt araşdırılır, istintaq aparılır. Bu elə məsələdir ki, burada bütün tərəflərin mövqeyinin araşdırılması tələb olunur. Bu iş daha mükəmməl formada araşdırılmalıdır. Bu proseslər tam yekunlaşandan sonra əlavə məlumat veriləcək”.

Bəs məktəb rəhbərliyi şagirdin psixoloji problemlərini bildikləri halda niyə tədbir görməyiblər? Bu intihar hadisəsində məktəb direktoru məsuliyyət daşıyırmı? Bu suallara gəlincə isə C. Valehov hazırki məqamda bu barədə danışmağının doğru olmadığını dedi.

Xatırladaq ki, məktəblinin intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.


XƏBƏR LENTİ