25 MİLYONU BÖLMƏYƏ YIĞIŞACAQLAR – Kimlər iştirak edəcək?

Azərbaycanda sahibi bilinməyən sığorta şirkəti 25 milyon manat qazanıb
25 MİLYONU BÖLMƏYƏ YIĞIŞACAQLAR – Kimlər iştirak edəcək?
Səhmdarları dövlət sirri imiş kimi gizlədilən “AzRe Təkrarsığorta” ASC Azərbaycanda yeganə təkrar sığorta şirkətidir. Məlumat üçün qeyd edək ki, bu şirkət 2007-ci ildə yaradılıb və 50 milyon manatlıq nizamnamə kapitalına malikdir.

“AzRe Təkrarsığorta” təkrar sığorta bazarının monopolisti olmaqla yanaşı, “Qala Sığorta” ASC-nin 100 faizlik, “Qala Həyat Sığorta” ASC-nin isə 88,57 faizlik səhm paketinə sahibdir.

Şirkətin fəaliyyətilə bağlı qısaca olaraq onu deyə bilərik ki, ölkədəki bütün sığorta şirkətləri özlərini məhz bu şirkətdə təkrar sığorta etdirirlər, yəni bir növ “AzRe”-yə haqq ödəmiş olurlar. Bunun inhisarçılıqla bağlı qanunvericiliyə nə dərəcədə uyğun olduğunu bir tərəfə qoyaq. Məsələnin əsas maraqlı tərəfi “AzRe”-nin səhmdarlarının kimliyinin gizli saxlanılmasıdır. Rəsmi məlumatda yalnız o deyilir ki, şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur – vəssalam.

İndi məlum olub ki, “AzRe” səhmdarlarının Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi 6 ünvanında yerləşən baş ofisində yığıncağı olacaq. Gündəlikdə şirkətin ötənilki maliyyə nəticələrinin təsdiq edilməsi və əldə olunan xalis mənfəətdən səhmdarlara dividend ödənilməsi məsələləri durur.
25 MİLYONU BÖLMƏYƏ YIĞIŞACAQLAR – Kimlər iştirak edəcək?
Onu da qeyd edək ki, bölüşdürüləcək məbləğ heç də kiçik deyil – 25 milyon 64 min manat. “AzRe Təkrarsığorta” ASC 2018-ci ili rəsmi olaraq (!) məhz bu məbləğdə xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə bu monopolistin mənfəəti 21 milyon 394 min manat olub ki, bu da Azərbaycanın kiçik sayılan sığorta bazarı üçün kifayət qədər ciddi rəqəmdir.

Bütün bunlarla yanaşı, əlbəttə ki, monopolist olan belə bir samballı şirkətin sahiblərinin gizli saxlanması yalnız Azərbaycan kimi anormal sığorta bazarına və bir çox hallarda qeyri-şəffaf biznes mühitinə, idealdan çox-çox uzaq dövlət-biznes münasibətlərinə malik ölkələrdə mümkündür. Və sözsüz ki, bu gizlilik sözügedən şirkətin də arxasında hansısa qüdrətli məmur-oliqarxın durmasından xəbər verir.

Cəlal
AzPolitika.info

25 MİLYONU BÖLMƏYƏ YIĞIŞACAQLAR – Kimlər iştirak edəcək?

  • 8-04-2019, 15:44
  • 90


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI