Cəlilabadda etiraz aksiyası keçirir – Baş nazirin qərarına görə

669 8-04-2019, 17:53 cemiyyet

Cəlilabadda  etiraz aksiyası keçirir – Baş nazirin qərarına görəCəlilabad rayonunun Muğan kəndində yerli əhali etiraz aksiyasına çıxıb.

Yerli fermerlər topladıqları kartof məhsulunu sata bilmədiklərindən gileylənirlər.

“Hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər bu səbəbdən kartof məhsulunu sata bilmirlər”, – nəşr yazır.

Hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib. Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.

Xatırladaq ki, baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Qərara görə, aprelin 30-dək ölkədən ixrac olunması üçün kartofun 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək. Soğan və kələmin ixracına görə isə mayın 31-dək 1 kiloqram üçün 2 ABŞ dolları gömrük rüsumu tutulacaq. Qeyd edək ki, bu qərar son günlər ölkə daxilində bu 3 məhsulun qiymət artımını nizamlamaq üçün verilib. (“Yeni Müsavat” )

XƏBƏR LENTİ