Polis Nardaranda əməliyyat keçirdi –Keçmiş məhkumun evindən silah-sursat çıxdı

622 9-04-2019, 12:31 kriminal

Polis Nardaranda əməliyyat keçirdi –Keçmiş məhkumun evindən silah-sursat çıxdıPolis Nardaranda yenə əməliyyat keçirib.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evin zirzəmisindən 1 ədəd luləsi və qundağı kəsilmiş “İJ-57” markalı ov tüfəngi, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.

XƏBƏR LENTİ