Cahangir Hacıyev Samir Şərifovun məxfi dosyesini yayacaq - təfsilat

Cahangir Hacıyev Samir Şərifovun məxfi dosyesini yayacaq - təfsilat

Maliyyə naziri Samir Şərifovun Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevi bitirmək planı artıq onun öz əleyhinə işləməyə başlayıb.

İstiqlal.az-a daxil olan məlumata görə, "kredit qalmaqalı"na görə həbs olunanların ailə üzvləri prezident İlham Əliyevə müraciət edərək "kredit qalmaqalı" ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətinə çatdırıblar.

Məlumatda deyilir ki, onlar Samir Şərifovun fürsətdən istifadə edərək Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlər hesabına açılan müəssisələri ələ keçirmək istədiyini iddia ediblər. Onların sözlərinə görə, Samir Şərifov "Metanol" zavodunu, "Şəki İpək" ASC-ni, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində tikilən "İntertekstil" fabrikini və "İnterstil" poladtökmə zavodunu, BOT ayaqqabı şirkətini, Bakı Fındıq Zavodunu və digər müəssisələri ucuz qiymətə satışa çıxarıb. Əslində isə məqsəd bu müəssisələri ələ keçirməkdir.

İddialara görə, bu müraciət Cahangir Hacıyevin tövsiyyəsi ilə hazırlanıb. Bildirilir ki, Samir Şərifova həlledici zərbəni Cahangir Hacıyevin özü vurmaq istəyir. Bankirin həbsdə maliyyə naziri ilə bağll kifayət qədər ciddi məqamların yer aldığı dosye hazırlayıb. Cahangir Hacıyev hələlik bu dosyenin daxildə araşdırılmasını istəyir. Əgər bu baş verməsə bankirin dosyeni ictimailəşdirəcəyi şübhəsizdir. Bu isə Samir Şərifova sarsıdıcı zərbə ola bilər.
İstiqlal.az

Cahangir Hacıyev Samir Şərifovun məxfi dosyesini yayacaq - təfsilat

  • 5-02-2016, 13:22
  • 522


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI