Sabaha olan hava proqnozu –Duman olacaq, 19 dərəcə isti gözlənilir

Sabaha olan hava proqnozu –Duman olacaq, 19 dərəcə isti gözlənilirSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberdar.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Xeberdar.net

Sabaha olan hava proqnozu –Duman olacaq, 19 dərəcə isti gözlənilir

  • 15-04-2019, 13:10
  • 47


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
  2. Azərbaycanda oğlanlar 14 yaşlı qızı zorlayıblar- məktəbdə ŞOK OLAY
  3. 9 yaşlı Göyçay sakini Prezidentə müraciət etdi-ÇÖRƏK PULU TAPA BİLMİRİK
  4. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  5. Nazpərinin qardaşı qızı növbəti RÜSVAYÇI FAKTLARI AÇDI: “Diskotekalarda...”
  6. İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir
  7. Əli İnsanov vacib görüşlər keçirir
  8. Sabah hava necə olacaq?- PROQNOZ
  9. Baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
  10. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI